Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

12 avqust Beynəlxalq Gənclər günüdür


Polis «Gül bayramı»nın ləğvini istəyən 50-dən çox gənci həbs etdi. Bakı, 10 may 2009

Polis «Gül bayramı»nın ləğvini istəyən 50-dən çox gənci həbs etdi. Bakı, 10 may 2009

12 avqust Beynəlxalq Gənclər günüdür. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb.

BMT-nin baş katibi Pan Ki Mun Beynəlxalq Gənclər günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir ki, 2007-ci ildə dünyanın əmək qabiliyyətli əhalisinin 25 faizini təşkil edən gənclərin 40 faizi işsizlikdən əziyyət çəkir. Qlobal iqtisadi tənəzzül nəticəsində yaxın gələcəkdə işsizliyin daha da artacağı gözlənilir.

Müraciətin sonunda vurğulanır ki, gənclər təhsil, səhiyyə xidmətləri, iş yerləri, maliyyə xidmətləri ilə tam şəkildə təmin olunmalıdırlar.

Azərbaycanda gənclərlə bağlı dövlətin siyasətini 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir.

Rəsmi məlumata görə hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının sayı 170-dən artıqdır.

Amma ölkədə bütün gənclər təşkilatlarının bərabər səviyyədə fəaliyyət göstərməsi üçün şərait yoxdur.

OL Azərbaycan Gənclər Hərəkatının həmtəsisçisi Adnan Hacızadə və AN Şəbəkəsinin həmtəsisçisi Emin Milli hazırda həbsdədirlər. Onlar iyulun 8-də «Livan» restoranında baş verən münaqişədən sonra həbs olunublar. Səbail rayon məhkəməsi iyulun 10-da gəncləri 2 ay müddətinə həbs edib.

Gənclərin həbsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən kəskin şəkildə pislənilib. Fəallar özləri isə məhz siyasi baxışlarına görə həbs edildiklərini və istintaqın obyektiv aparılmadığını bildirirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG