Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:56
Mayın 10-da ABŞ-da yaşayan bir qrup azərbaycanlı Azərbaycan Dövlət Neft Akademiyasında güllələnmiş qurbanların xatirəsini yad etmək məqsədi ilə aksiya keçiriblər.

Qara geyimli və əllərində qara lentlə bağlanmış qərənfillər tutmuş azərbaycanlılar Vaşinqtondakı Azərbaycan səfirliyinə tərəf hərəkət edib və səfirliyin qapısı önündə gül dəstələri qoyublar.

Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatının təşkil etdiyi bu aksiyada şüarlar səsləndirilməsə də, səfirliyin qapısı önünə məktub qoyublar.

Məktubda tədbir iştirakçıları mayın 10-da Azərbaycan xalqı yas içindəykən «Gül Bayramı»nın keçirilməsini pisləyiblər. Məktubda deyilir:

«Azərbaycan vətəndaşlarının acılarının azalmadığı bir vaxtda paytaxtda konsert və atəşfəşanlıqla müşayiət olunan «Gül bayramı» tədbirinin keçirilməsini məqsədəuyğun saymırıq. Faciə baş verdiyi gündən indiyə qədər Azərbaycan gənclərinin, tələbələrin, Azərbaycanda və Azərbaycandan kənarda yaşayan vətəndaşların etirazlarına baxmayaraq, 10 may «Gül bayramı» hazırlıqlarının davam etdirilməsini Azərbaycan rəsmilərinin öz vətəndaşlarına, həlak olmuş gənclərimizin ailələrinə qarşı hörmətsizliyi kimi qiymətləndiririk».

Tədbir iştirakçıları faciə ilə əlaqədar Azərbaycan xalqına başsağlığı verərək aksiyanı yekunlaşdırıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG