Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:06
Dörd il əvvəl İranda islahatçıların tərəfdarları küçələrdə görünmürdülər. Bəlkə də bu səbəbdən onların namizədləri Əkbər Haşimi Rəfsəncani sərt xətt tərəfdarı olan indiki prezident Mahmud Əhmədinejada o zaman asanlıqla uduzdu.

İndi isə islahatçıların tərəfdarları küçələrdə əzələ nümayiş etdirirlər.

İyunun 12-də keçiriləcək prezident seçkilərində əsas rəqabət islahatçıların namizədi Mir Hüseyn Musəvi və mühafizəkarların namizədi indiki prezident Mahmud Əhmədinejad arasında gedir.

Onların Tehranda əsas prospektləri dolduran on minlərlə tərəfdarı bugünlərdə hətta üz-üzə də gəliblər:

Tərəflər bir-birinin namizədi əleyhinə şüarlar səsləndirib plakatlar qaldırsalar da onların arasında dava yaranmayıb.

İranda hədsiz səlahiyyətlərə malik olan ali dini rəhbər Ayətullah Xamneyi də bu vəziyyətdən narahat olduğunu bildirib. O, deyib ki, camaatın küçələrə çıxmasını şərh edə bilməz, amma onlar münaqişəyə gedib, dava salmamalıdırlar.

Nümayişçilərdən biri olan Məryəm «Azadlıq» radiosunun fars xidmətinə müsahibəsində vəziyyəti bu cür izah edir:

Mahmud Əhmədinejad tərəfdarlarının Tehranda yürüşü, 8 iyun 2009
«Adamlar küçə ilə gedir, Əhmədinejadın hökumətini açıq-aşkar tənqid edirlər. Onlar bu yalançılar əleyhinə şüarlar səsləndirirlər».

İslahatçıların namizədi Musəvini əsasən şəhər əhalisi müdafiə edir. Mühafizəkarların namizədi Əhmədinejad isə kənd əhalisinin səsinə güvənir.

Əhmədinejad İranın nüvə planlarının icrasında israr edir. Buna qarşı çıxan ABŞ-ı, İsraili və Qərbi də kəskin tənqid edir.

Musəvi də İranın nüvə planlarını müdafiə edir. Amma o, bildirir ki, Əhmədinejad ehtiyac olmadan ölkəni təcrid vəziyyətinə gətirib.

Seçkiyə az qalmış keçirilən rəy sorğuları da ziddiyyətlidir. Bəzi sorğular Əhmədinejadın, bəziləri isə Musəvinin qalib gələcəyini göstərir. Ekspertlər bildirirlər ki, İranda müstəqil rəy sorğusu aparmaq mümkün deyil. Sorğu keçirən təşkilatlar aldıqları nəticəni deyil, rəğbət bəslədikləri tərəfin mənafeyinə uyğun olan fikirləri yayırlar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG