Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 13:04

Əhmədinejad Azəbaycan dilini tam bildiyini deyir


İran prezidenti həm də futbolsevərlərin səsini almağa çalışır
İran prezidenti həm də futbolsevərlərin səsini almağa çalışır
İran prezidenti Mahmud Əhmədinejad Azəbaycan dilini tam bildiyini deyir. O, Təbrizdə seçicilərin qarşısında deyib ki, azərbaycanlıların başqa bir şəhərində - Ərdəbildə işləyərkən «dünyanın ən gözəl və qüsursuz dillərindən biri olan Azərbaycan dilini» öyrənib.

Bununla Əhmədinejad İranda ən böyük xalqlardan olan Azərbaycan xalqının könlünü alıb onların səslərinə sahib olmaq istəyir.

İranda yaşayan azərbaycanlılar illərdir ki, Konstitusiya ilə onlara verilmiş hüquqlardan, o cümlədən də ana dillərində məktəbə sahib olmaq hüququndan istifadə edə bilmir.

Əhmədinejadın prezidentliyi dövründə də Tehran azərbaycanlıların bu hüquqlarından istifadə etmələrinə imkan verməyib.

İran prezidenti həm də futbolsevərlərin səsini almağa çalışır. O, söz verib ki, milli komandanın uğurlu oynamasına mane olan bütün səbəbləri özü şəxsən aradan qaldıracaq.

İranın futbol yığması oyunlarda göstərdiyi ən aşağı nəticələrə görə, 2010-cu ilin Dünya Çempionatının seçmə oyunlarına da qatıla bilməyib.

İran prezidenti isə futbolun bu ölkədəki məşhurluğundan istifadə edərək seçkidə özünə tərəfdar qazanmağa çalışır.

Ötən həftə Əhmədinejad öz təyyarəsini Şimali Koreyaya göndərib ki, seçmə oyunlarında olan milli komandanın üzvlərini oradan Tehrana gətirsin.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG