Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 05:12

Polis Müsavat qərargahında axtarış aparıb


Müsavat partiyasında axtarış başa çatdı
Gözlə

No media source currently available

0:00 0:02:42 0:00
Direct-ə keçid

Axtarış partiyanın qərargahında 4 saat davam edib.

Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun əməkdaşlarının Müsavat Partiyasının qərargahında keçirdiyi axtarış başa çatıb. Axtarış 4 saata yaxın olub.

Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı AzadlıqRadiosuna bildirib ki, hüquq-mühafizə orqanları əməkdaşları özləri ilə İctimai Palataya aid olan bir sıra sənədləri götürüblər: «Əllərinə nə keçdisə götürdülər. Hətta stolumun üstündə İctimai Palataya qəbul olunmaq istəyənlərlə bağlı qaralama siyahı vardı. Onu da götürdülər».

Baş Prokurorluğun mətbuat katibi Eldar Sultanov bildirib ki, Müsavat Partiyasının qərargahında aparılan axtarış tədbirləri aprelin 2-də İctimai Palatanın keçirdiyi razılaşdırılmamış aksiya ilə əlaqədar başlanmış cinayət işi üzrə məhkəmənin müvafiq qərarı əsasında həyata keçirilib.

MÜSAVAT PARTİYASINDA AXTARILIŞ APARILIR

İsa Qəmbər
Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı Şəhər Prokurorluğunun əməkdaşları Müsavat Partiyasının qərargahında axtarış keçirir. Onlar 2 aprel cinayət işi ilə bağlı İctimai Palatanın sənədlərinin axtarılması və götürülməsi üçün Müsavat Partiyasının qərargahında axtarış aparılması ilə bağlı məhkəmə qərarı təqdim ediblər.

Bu haqda AzadlıqRadiosuna Müsavat Partiyasının başqanı İsa Qəmbər məlumat verib: «Artıq 3 saata yaxındır bu prosedurlar davam edir. Biz demək olar ki, onların maraqlandığı sənədlərin hamısını onlara təqdim etdik. Ancaq bununla kifayətlənmədilər. İndi əlavə sənəd axtarışına başlayıblar. İctimai Palatanın təsis sənədləri, sessiyalarının qərarları, üzvlərinin siyahıları ilə maraqlanırlar».

İsa Qəmbər bu günkü axtarışı İctimai Palataya təzyiq kimi qiymətləndirib: «Bu, 2 aprellə bağlı hakimiyyət dairələrinin sifarişi ilə başlamış qondarma cinayət işinin guya ciddi istintaqının getməsi üçün yaradılan görüntü prosesinin bir elementidir. İctimai Palataya, demokratik ictimaiyyətə təzyiq siyasətinin bir hissəsidir».

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG