Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:51
«Rəsmi məlumatlara əsasən, İctimai Palatanın həyata keçirməyə cəhd etdiyi 17 aprel nümayişi zamanı 65 nəfər saxlanılıb. Müxalifət partiyaları isə 150 nəfərin saxlandığını bildirir. Baş tutmayan nümayiş üçün bu sayda insanların saxlanması çox böyük rəqəmdir».

ATƏT-in Bakı Ofisinin İctimai Palatanın son aksiyasına dair aprelin 19-da AzadlıqRadiosuna verdiyi açıqlamada belə deyilir.

Qurumun mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov deyir ki, ATƏT-in Bakı Ofisinin müşahidəçiləri aksiya zamanı polisin həddən artıq önləyici tədbirlərə əl atdığını müşahidə ediblər:

«ATƏT-in Bakı Ofisi hesab edir ki, tərəflər siyasi dialoqu bərpa etməlidir. Çünki mitinqlər, siyasi aksiyalar xalqın özünü ifadə etmək azadlığıdır. Bu azadlıq bütün tərəflərə təmin olunmalıdır. Belə qərarların qəbul olunması zamanı bütün tərəflərin fikir və maraqları nəzərə alınmalıdır».

Ekspert fikri

«BALACA ŞEYLƏRDƏ SUSURLAR»

Politoloq Hikmət Hacızadə hesab edir ki, 17 aprel aksiyasına diplomatik korpusdan nəzərəçarpacaq reaksiyanın verilməməsinin birinci səbəbi bu hadisənin böyük olmamasıdır. İkincisi isə buradakı təmsilçilər Avropanın Azərbaycan hökuməti ilə toqquşmasını istəmirlər. Ona görə də kiçik hadisələrdən yan keçirlər. Hikmət Hacızadənin fikrincə, Qərb dövlətləri Azərbaycan hökuməti ilə münasibətləri qorumaq istəyir:

«Onlara Azərbaycan, onun aerodromları və sairə lazımdır. Böyük hadisə olanda, susa bilmirlər. Amma balaca şeylərdə susurlar. Amma əsas odur ki, hökumət imkan vermədi hərəkatın inkişaf etməsinə. Aksiyanın səsi zəif oldu. Belə şeylərə də Qərb və digərləri reaksiya verməməyə çalışırlar».

H. Hacızadə diplomatik korpusun passivliyinə hakimiyyətin davranışının da səbəb ola biləcəyini istisna etmir.

2 aprel mitinqindən sonra Azərbaycandakı bəzi səfirliklərin və beynəlxalq təşkilatların təmsilçiləri İctimai Palatanın rəhbərləri ilə görüşüb vəziyyəti müzakirə etmişdilər. Bütün bu müddət ərzində hakimiyyət dairələrində - xüsusilə də parlamentdə onların bu hərəkəti ardıcıl olaraq kəskin tənqid edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG