Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 15:46

İyuna qədər ölkə əhalisi 0.6 faiz artıb


Ailələrin çoxu bir uşağa üstünlük verir
Ailələrin çoxu bir uşağa üstünlük verir

Dövlət Statistika Komitəsi (DSK) son illər ölkədə demoqrafik vəziyyətin müsbət, yəni əhalinin artmağa meylli olduğunu bildirir. DSK demoqrafiya şöbəsinin əməkdaşı Rza Allahverdiyev bildirir ki, son altı ayda Azərbaycanda 74 min 22 nəfər uşaq dünyaya gəlib. Ancaq 27 minə yaxın adam da dünyasını dəyişdiyindən yanvardan iyuna qədər ölkə əhalisinin sayı 47 min nəfər - 0,6 faiz artaraq 8 milyon 483 min nəfərə çatıb: «Altı ay ərzində ölkədə doğulanların sayı əhalinin hər 1000 nəfərinə olmaqla 16,7-17,9 nəfərə qədər artıb. Son illər demoqrafik vəziyyət müsbətdir, artım tempi yüksəlir».


Ailə və Uşaq Təşkilatının rəhbəri Kəmalə Ağayeva isə, deyir ki, bu, yüksək artım deyil. O, ölkədəki demoqrafik vəziyyət ürəkaçan hesab etmir: «Uşaqların doğumu iqtisadiyyata bağlıdır. Genefondumuzun cırlaşması göz qabağındadır. Ailələrin çoxu bir uşağa üstünlük verir».


Millət vəkili, iqtisadçı Əli Məsimov da hesab edir ki, əhalinin sayının 0,6 faiz artması elə də yüksək göstərici deyil: «Əgər Azərbaycanda əlverişli investisiya mühiti yaransa, iqtisadi azadlıqlar kiçik qruplar üçün yox, bütün təbəqə üçün olsa, qanunla qadağa qoyulmayan fəaliyyət növlərinə yaşıl işıq yandırılsa, ölkədən kənardan daimi və müvəqqəti yaşayanların bir hissəsi də qayıtsa, artım sürətlənə bilər».


DSK-dan verilən məlumata görə, Azərbaycanda əhalinin 51,6 faizini qadınlar, 48,4 faizini isə, kişilər təşkil edir. Bu ilin birinci yarısında 33,8 min nikah və 41,1 min boşanma qeydə alınıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG