Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:55

BMT Bakıda «ana südü və körpə qidalanması»yla bağlı regional təlim kurslarına başlayıb


İyulun 10-da Bakıda BMT-nin Uşaq Fondu «ana südü və körpə qidalanması»yla bağlı regional təlim kurslarına başlayıb. Beynəlxalq ekspertlərin apardığı təlimdə Türkiyə, Tacikistan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Gürcüstan, Türkmənistan və Özbəkistanın səhiyyə işçiləri iştirak edir.


Təlimlər 14 gün davam edəcək. Gələn il isə təlimlərə başqa MDB ölkələri də dəvət alacaq.


BMT Uşaq Fondunun Bakıdakı nümayəndəliyinin əməkdaşı Ayna Mollazadənin «Azadlıq» radiosuna verdiyi məlumata görə, ana südü və qidalanmayla bağlı beynəlxalq kodeks Azərbaycanda qanun kimi qəbul olunub. Təlimin də əsas məqsədi bu kodeksin digər dövlətlərdə də qanun kimi qəbul olunmasıyla bağlı maarifləndirmə işi aparılmasıdır.


Ayna Mollazadənin sözlərinə görə, Azərbaycanda ana südüylə bağlı ciddi problemlər mövcuddur və 2003-cü ildə qanun qəbul olunmasına baxmayaraq, aparılan tədqiqatlar hələ də süni qida məhsullarına tələbatın böyük olduğunu göstərir.


XS
SM
MD
LG