Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:05

«O heç belə hadisə törədəcək insan deyildi»


«Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm»

«Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm»

Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına terror hücumu edən Fərda Qədirovun atası Əsəd Qədirov APA-ya danışıb. Əsəd Qədirov bildirib ki, baş vermiş hadisə barədə eşidəndə sarsıntı keçirib.

Ə. Qəribov hazırda istintaqa ifadə verməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinin onun gözlədiyini deyib.

Ata bildirib ki, 1980-cı il təvəllüdlü Fərda Bakıda heç bir işlə məşğul olmayıb. Fərda Rusiyada olub və üç ay əvvəl geri dönmək barədə kəskin qərarını atasına bildirib:

«Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm. Amma o heç belə hadisə törədəcək insan deyildi. Sakit, təmkinli, siqaret çəkməyən, içki qəbul etməyən biri idi. Onun bu addımı atmasına çox təəccüblənirəm. Buna inana bilmirəm. Məncə, hətta o heç tapançanı necə tutmaq lazım olduğunu belə bilmirdi».

60 yaşlı Ə.Qədirov artıq 15 ildir ki, Rusiyada yaşayır və Podolsk şəhərində (bu şəhər Moskva ətrafında yerləşir - red) bazarda satıcı işləyir. Fərdadan başqa onun daha bir oğlu və qızı var.

Ə. Qədirov bildirib k, Fərda Bakıya gəlməmişdən qabaq onunla Podovskidə yaşayıb:

«Yeddi-səkkiz ay əvvəl artıq Rusiyada yaşaya bilmədiyini deməyə başladı. Hətta Rusiyada yaşaması üçün sənədləri qaydasında deyildi. Gürcüstan vətəndaşı idi. O, mənə dedi ki, Gürcüstandakı evimizə qayıtmaq istəyir, orda iş axtaracağını söylədi. Mən də onu göndərdim».

Atası bildirib ki, Fərda yaxın qohumları ilə əlaqə saxlayaraq, iş axtarmaq məqsədi ilə Bakıya gəlib:

«Ata kimi mən onun özünə iş axtarıb pul qazanmaq istəməsinə çox sevindim. Amma belə oldu...»

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG