Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:30

«Azəri qardaşımızı pis küsdürdülər»


Türk jurnalisti sərhəd məsələsinin azərbaycanlıları küsdürdüyünü bildirir
Türk jurnalisti sərhəd məsələsinin azərbaycanlıları küsdürdüyünü bildirir

Necati Doğru («Vatan» qəzeti)

Prezident Abdullah Gül, Baş nazir Tayyib Ərdoğan, Xarici İşlər naziri Əli Babacan triosu öz aralarında fikir ayrılığına düşərək azəri qardaşımızı bu qədər əsəbləşdirən hansı işləri gördülər? Şeytana uydular. Həm Türkiyə-Ermənistan münasibətlərinə kölgə salan, çətinliyə, sıxıntıya düşürən «soyqırım» iddiası ABŞ-ın yeni prezidenti tərəfindən dilə gətirildi, həm də Türkiyənin Qafqazda «öz qardaşı» kimi birlik-bərabərlik yaratdığı Azərbaycan millətinin dostluğu itirildi. Bu millətin dostluğunu itirəndə nəyi, necə təmir edəcəksiniz?

Onu satdığımıza, arxadan vurduğumuza inanır. Beləliklə, illər sərf edilərək və minbir həssaslıqla yaradılan «Türkiyə-Gürcüstan-Azərbaycan» arasındakı adı qoyulmayan «ittifaqın» azəri tərəfi təhlükəyə girir.

Azəri kimdir? Qafqazdakı «Türkiyə-Gürcüstan-Azərbaycan» ittifaqının azəri ayağı çökərsə, üç böyük layihə - Bakı-Tbilisi-Ceyhan boru xətti, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti və Qars-Tbilisi-Bakı dəmir yolu revmatizma olar. Qardaşlıq bitər. Neft boru xətti, təbii qaz boru xətti və dəmir yolu xətti xəstə yatağına düşər.

Azəri qardaşımızı küsdürdülər, qəlbini sındırdılar.

Çox böyük bir qarışıqlıq yaşanır.

Vaxtından əvvəl seçki ola bilər.

Fatih Çekirge («Hürriyet»)

Yol deyil, ROL xəritəsi

23 aprel ziyafətində ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefri ilə qısa söhbət etdik:

- İki ölkə arasındakı problemin həlli üçün lazım olan hər şeyi edəcəyik.

Soruşdum: Yaxşı, Azərbaycan, Qarabağın işğalı?

Səfir Türkiyə üçün müsbət bir insandır. Bu, bəllidir. Uzun cavabını yazmayacağam. Çıxardığım xülasə budur:

- Türkiyə ilə Ermənistanın bir çözüm nöqtəsinə gəlməsini çox istəyirik. Bizim üzərimizə hansı vəzifə düşürsə, onu edəcəyik.

Bunun türkcə mənası budur:

- Qarabağ ayrı bir məsələdir. Biz əvvəlcə Türkiyə ilə Ermənistan arasındakı problemi həll etmək istəyirik.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG