Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 12:08

Andres Herkel Mirzə Sakiti Avropaya dəvət edib


Avropa Şurasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» qəzetinin əməkdaşı Mirzə Sakiti azadlığa çıxması münasibətilə telefonla təbrik edib. A.Herkel jurnalisti Avropaya dəvət edib.

Aprelin 11-də AŞPA həmməruzəçiləri A. Herkel və Yevgeniya Jivkovanın Azərbaycana səfərləri başa çatıb. Səfərin yekunu olaraq Azərbaycanın Avropa Şurası qarşısında öhdəliklərinin icrası ilə bağlı hesabat hazırlanacaq.

A.Herkel üç nəfərlik nümayəndə heyəti ilə aprelin 10-da Naxçıvan Muxtar Respublikasında da olub.
XS
SM
MD
LG