Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:08

Andres Herkel Vasif Talıbovla görüşüb


Naxçıvanda səfərdə olan Andres Herkelin «Azadlıq» radiosuna müsahibəsi

Naxçıvanda səfərdə olan Andres Herkelin «Azadlıq» radiosuna müsahibəsi

«Avropa Şurası (AŞ) həmməruzəçilərinin Naxçıvana səfər etməsi çox nadir hadisədir».

Bunu AŞ-nin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel deyib. Cənab Herkel üç nəfərlik nümayəndə heyəti ilə aprelin 10-da Muxtar Respublikada (MR) səfərdə olub.

O ilk olaraq MR Ali Məclisinin sədri Vasif Talıbovla görüşüb. «Azadlıq» radiosuna müsahibəsində cənab Herkel deyib ki, Ali Məclisin sədri görüşdə Naxçıvandakı iqtisadi, siyasi və hüquqi məsələlərlə yanaşı söz və mətbuat azadlığına dair məsələlər də müzakirə olunub.

«AŞ Azərbaycanla əlaqədar ümumi bir hesabat hazırlayır. Ölkədə insan haqları ilə bağlı vəziyyəti müəyyən etmək üçün Naxçıvana səfərin böyük əhəmiyyəti var».

Həmməruzəçi Naxçıvanda yeni inşa edilmiş təcridxanada olub. Cənab Herkel təcridxananın böyük və şəraitli olduğunu, orada 19 məhbusun saxlandığını bildirib.

Andres Herkel Naxçıvanda fəaliyyət göstərən Demokratiya və qeyri-hökumət təşkilatları resurs mərkəzində yerli hüquq müdafiəçiləri ilə də görüşüb. MR-dakı mətbuat azadlığı və insan haqlarına dair problemlər müzakirə olunub. O görüşdə qaldırılan problemlərin MR rəhbərliyinin diqqətinə çatdırılacağını bildirib:

«Biz vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşdükdən sonra onları narahat edən problemlərin siyahısını hazırlayıb MR rəhbərliyinə təqdim edəcəyik. Çünki hökumətin bu problemlərlə bağlı nə fikirləşdiyini bilməliyik».

Günün bütün mövzuları

XS
SM
MD
LG