Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:41

Bu gedişlə Azərbaycan təcrid oluna bilər


Türkiyədən inciməklə heç nəyə nail olmaq mümkün deyil. Əksinə bu, ölkəni təcrid olunmağa aparan yoldur

Türkiyədən inciməklə heç nəyə nail olmaq mümkün deyil. Əksinə bu, ölkəni təcrid olunmağa aparan yoldur

18 ildir ki, müstəqil dövlət olan Azərbaycan hələ dünya siyasətində özünə yer tapa bilməyib.

«Sarsılmaz dost» deyəndə ilk növbədə Türkiyə yada düşürdü. İndi isə vəziyyət tamamilə dəyişib – hər gün Türkiyədən «maraqlı» xəbərlər gəlir.

Beləcə, Azərbaycan «məğrur tənhalığa» düçar olur. Bu illər ərzində yürüdülən xarici siyasət kursu indi ölkəni bu vəziyyətə gətirib çıxarıb.

ABŞ-ın dövlət katibinin, Türkiyənin prezidentinin xahişinə rəğmən Azərbaycan prezidenti «Mədəniyyətlərarası dialoq» samitinə getmədi.

Düzdür, Türkiyədən incimək üçün çoxlu predmet var. Amma dünya siyasəti emosional hisslər əsasında qurulmur. Elə bu səbəbdən Türkiyədən inciməklə heç nəyə nail olmaq mümkün deyil. Əksinə bu, ölkəni təcrid olunmağa aparan yoldur.

Maraqlıdır ki, ölkə rəhbərliyi bunu bilir və Qərbdən uzaqlaşmaq, ya da ancaq iqtisadi əlaqələr qurmağı istədiyini inkar etmir. Qərbin rəğbətini qazanmaq üçün ilk növbədə onun təşkilatlarının etibarını qazanmaq lazımdır. Azərbaycan isə bunun əksini edir. Belə getsə, ölkə Belarusun dünya siyasətində qazandığı imici bölüşməli olacaq.

Nə olsun ki, Belarus prezidenti artıq on illərdir ki, hakimiyyətdədir!? Bəs dövlət və millət hansı vəziyyətdədir?! Təbii ki, nə vaxtsa belaruslar doğru yola çıxacaqlar və onda siyasət də dəyişəcək. Amma Belarus hər şeyi təzədən başlamalı olacaq. Belə gecikmə belaruslar üçün ən çətin problem olacaq.

Eyni sözləri Azərbaycan haqqında da demək mümkündür. Ölkə siyasi oriyentirləri artıq itirib. Bəzən deyirlər ki, xarici siyasət daxili siyasətin davamıdır. İndi təcrübədə bu, ciddi şəkildə hiss olunur. Bu hakimiyyətin fikrincə, məhdud iqtisadi azadlıqlar bu cəmiyyət üçün kifayətdir. Siyasi azadlıqlardan isə heç danışmağa dəyməz...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG