Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:20

Deputat referendumdakı pozuntuların araşdırılmamasına etiraz edib


İkram İsrafil referendumda müşahidəçilərin qeydə aldığı qanun pozuntularının MSK-da araşdırılmamasına etirazını bildirib

İkram İsrafil referendumda müşahidəçilərin qeydə aldığı qanun pozuntularının MSK-da araşdırılmamasına etirazını bildirib

Milli Məclisin aprelin 3-də keçirilən iclasında 18 mart referendumundan da danışılıb.

Müsavat deputat qrupunun üzvü İkram İsrafil referendumda müşahidəçilərin qeydə aldığı qanun pozuntularının Mərkəzi Seçki Komissiyasında (MSK) araşdırılmamasına etirazını bildirib.

Deputat deyib ki, MSK bu şikayətləri araşdırılmaq üçün yerlərə göndərəndə icra strukturları, polis, prokurorluq müşahidəçilərə təzyiq göstərir, onları yaxın qohumlarının işdən çıxarılacağı ilə hədələyir.

Deputatın çağırışına münasibət bildirən spiker Oqtay Əsədov isə deyib ki, referendum artıq bitib, xalq öz iradəsini ortaya qoyub:

«Referendum dövlətin, xalqın daxili məsələsidir. Buna baxmayaraq referendumu Avropa Şurasından başqa beynəlxalq qurumlardan, bir sıra dövlətlərdən olan müşahidəçilər izlədilər, hamının gözü qarşısında öz sözlərini dedilər. Anlamıram ki, bu məsələləri dönə-dönə yada salmaqla nəyə nail olmaq istəyirlər».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG