Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:42

Norveç referenduma münasibət bildirdi


Norveçin Bakıdakı səfirliyi 18 mart referendumunun nəticələri ilə bağlı bəyanatla çıxış edib

Norveçin Bakıdakı səfirliyi 18 mart referendumunun nəticələri ilə bağlı bəyanatla çıxış edib

Norveçin Bakıdakı səfirliyi 18 mart referendumunun nəticələri ilə bağlı bəyanatla çıxış edib.

Bəyanatda qeyd edilir ki, Konstitusiyaya düzəlişlərə eyni şəxsin iki dəfədən artıq prezident seçilməsinə qoyulan məhdudiyyətin ləğvi də daxil idi. Rəsmi məlumatlara görə, səsvermədə seçicilərin 70%-dən çoxu iştirak edib, onların 90%-i Konstitusiyaya düzəlişləri dəstəkləyib.

«Biz referendumun nəticələrini diqqətə alırıq. Prinsipcə, müntəzəm olaraq Konstitusiyanın dəyişdirilməsi zərurəti yaranır. Buna görə, dəyişikliyin demokratik proseslər çərçivəsində baş verməsi çox vacibdir. Referendum keçirilirsə, ilk növbədə mətbuat və sərbəst toplaşmaq azadlıqlarının tam təmin edilməsi böyük əhəmiyyət kəsb edir. Lakin Azərbaycanda hazırkı referendumun necə keçirildiyi narahatlıq üçün əsas verir. Bundan əlavə, Avropa Şurasının Venesiya Komissiyası qeyd edib ki, eyni şəxsin iki dəfədən artıq prezident seçilməsi məhdudiyyətinin ləğvi Azərbaycanın demokratiyanın möhkəmləndirilməsi yolunda atdığı addım hesab oluna bilməz», deyə sənəddə qeyd edilib.

Norveç hökuməti Azərbaycanda demokratiyanın inkişafını dəstəkləməkdə davam edir. Norveç həbsdə olan jurnalistlərdən birinin azad edilməsi qərarını alqışlayır və Azərbaycan hökumətini həbsdə qalan digər jurnalistlərin də azad edilməsi üzrə addımlar atmağa çağırır, deyə bəyanatda qeyd edilib. Turan

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG