Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:01

Müstəqil Azərbaycan Universitetinin bir qrup tələbəsi aclıq aksiyasına başladı


Tələbələr başqa ali məktəblərə yerləşdirilmələrini tələb edirlər

Tələbələr başqa ali məktəblərə yerləşdirilmələrini tələb edirlər

Respublika Prokurorluğu isə testdənkənar qəbul apardıqlarına görə Müstəqil Azərbaycan və Beynəlxalq Universitetə qarşı cinayət işi qaldırıb


Müstəqil Azərbaycan Universitetinin 50-yə yaxın tələbəsi iyunun 1-dən universitetin binasında aclıq aksiyasına başlayıb. Tələbələr deyir ki, aksiyaya səbəb təhsil hüquqlarının pozulmasıdır. Onlardan biri Elnur Məmmədov aclıq aksiyasını başqa ali məktəblərə yerləşdirilmək tələbi ilə keçirdiklərini deyir. «Təhsil Naziriliyi qərar verib universiteti bağladı. Sonra da bildirdi ki, burada oxuyan tələbələrin 99 faizinə, yəni 2500-ə yaxın tələbəyə diplom verilməyəcək. Biz də acılıq aksiyası keçirib hüquqlarımızın bərpasını tələb edirik. Testdənkənar qəbula qaldıqda, bu bütün universitetlərdə olub».


Tələbələr onu da bildirir ki, testdənkənar qəbul 2004-cü ildən keçirilsə də bu müddətdə onlara xəbərdarlıq edilməyib. Aclığa başlayan tələbələrin sözlərinə görə, onlar aksiyanı tələbləri yerinə yetirilənə qədər davam etdirəcəklər.


Təhsil Nazirliyi hesab edir ki, universitet keçən ilə testdənkənar 1700 tələbə qəbul edib ki, bu da qanunsuzdur. Nazirliyin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə bildirir ki, Müstəqil Azərbaycan Universitetinin həmin tələbləri ümumi test imtahanından keçmədikləri üçün onlara diplom verilməyəcək. Universitet qanuni yolla daxil olanlar isə başqa ali məktəblərə keçiriləcək.



Bu ərəfədə Respublika Prokurorluğu Azərbaycan Beynəlxalq Universiteti və Müstəqil Azərbaycan Universitetinə qarşı vəzifə səlahiyyətlərini aşıb testdənkənar qəbul apardıqlarına görə cinayət işi qaldırıb. Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyevin verdiyi məlumata görə, hələlik heç kim istintaqa cəlb olunmayıb. Prokurorluğun əməkdaşı onu da dedi ki, cinayət işi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından daxil olmuş materiallara istinadən qaldırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG