Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 01:14

Eldar Salayev Amerikaya müalicəyə gedir


Eldar Salayev: «Mən hazırda görmürəm. Uzun illər işləmiş adam üçün bu ən böyük işgəncədir»
Eldar Salayev: «Mən hazırda görmürəm. Uzun illər işləmiş adam üçün bu ən böyük işgəncədir»

Akademik hazırda həkimlərlə danışıqlar getdiyini və uzağı bir həftə, on günə müalicəyə yollanacağını bildirir


Baş Prokurorluq akademik Eldar Salayevin müalicə olunması üçün xaricə getməsinə icazə verib. Baş Prokurorluğun Mətbuat Xidmətindən yayılan rəsmi məlumatda bildirilir ki, barəsində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxslərin sərbəst yerdəyişmələri üçün qanunvericiliklə məhdudiyyətlər nəzərdə tutulsa da, Eldar Salayevin prezident İlham Əliyevə müraciəti, müalicəsinin yalnız xarici ölkədə mümkün olmasına ümid etməsi nəzərə alınaraq, müstəsna hal kimi, Baş Prokurorluq onun müalicəsi üçün xaricə getməsinə icazə verib.


Akademik Eldar Salayev «Azadlıq» radiosuna bildirib ki, bu gün onu prokurorluğa çağırıblar və xaricdə müalicəsi ilə bağlı müraciətinə müsbət cavab veriblər. Cənab Salayev prokurorluğa 6 ay əvvəl göndərdiyi müraciətində müalicə üçün qırx gün vaxt istəsə də, prokurorluğun icazəsində müddət məhdudiyyəti qoyulmayıb.


Akademik artıq həkimlərlə danışıqlar getdiyini və uzağı bir həftə, on günə Amerikaya gedəcəyini deyir. «Mən hazırda görmürəm. Küçəyə, bayıra çıxanda mənə ailə üzvlərim kömək edir. Uzun illər işləmiş adam üçün bu ən böyük işgəncədir».


Respublika Prokurorluğunun indiki və bundan əvvəl yaydığı açıqlamalarında akademikin öz təqsirini boynuna aldığı vurğulanır. Cənab Salayev bu fikirlərin həqiqəti əks etdirməyini deyir. «Mən heç nəyi boynuma almamışam, heç bir etiraf da eləməmişəm. Bu cür məlumatlar məni cəmiyyətdə nüfuzdan salmaq üçündür».


Mayın 19-da mətbuat konfransı keçirən Eldar Salayevin oğlu Elman Salayev atasının mənəvi təzyiqlərə məruz qaldığını və Səhiyyə nazirliyini məhkəməyə verdiklərini bildirib.


Eldar Salayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28-ci (cinayətə hazırlıq), 220.1-ci (kütləvi iğtişaş), 278-ci ( hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə təqsirləndirilərək 2005-ci il oktyabrın 29-da həbs olunub. Ancaq səhhətində yaranan problemlərə görə ötən ilin noyabrın 16-da onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG