Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:29

«Eldar Salayevin xaricə gedib dönməmək şansı yoxdur»


Akademik Eldar Salayevin oğlu Elman Salayev, 19 may 2006
Akademik Eldar Salayevin oğlu Elman Salayev, 19 may 2006

Studiyamızın qonağı Azərbaycan Demokrat partiyasının sədr müavini, akademik Eldar Salayevin oğlu Elman Salayevdir. Söhbətdə həmçinin «Yeni Müsavat» qəzetinin əməkdaşı Xalid Kazımlı və «Xalq qəzeti»nin əməkdaşı Səbuhi Məmmədli iştirak edir.


Bu həftə ölkənin bir qrup hüquq-müdafiə təşkilatı bir araya gələrək, dövlət çevrilişinə cəhddə ittiham edilən akademik Eldar Salayevin səhhəti ilə bağlı məsələləri qaldırıblar. Hüquq-müdafiə təşkilatlarının bildirməsinə görə, Eldar Salayevin gözlərində problem yaranıb. Ancaq akademikdən Bakı şəhərini tərk etməmək haqda iltizam alındığından, o, xaricə gedib müalicə oluna bilmir.


Akademikin oğlu Elman Salayev deyir ki, Azərbaycanda bu xəstəliyin müalicəsi yoxdur: «Hal-hazırda Eldar müəllim nəinki oxuya, həm də televiziyanı izləyə, yaza bilmir».


«Biz bu məsələni beynəlxalq aləmdə şişirtmək istəmirik» deyən Elman Salayev ümidvardır ki, heç bir təzyiq olmadan problem öz həllini tapacaq: «Məncə, humanist prinsipləri qeydə alaraq bu məsələnin müsbət həlli tapılmalıdır. Ümumiyyətlə, heç bir beynəlxalq təzyiq olmadan. Çünki Eldar Salayevin xaricə gedib dönməmək şansı yoxdur…»


Hüquq mühafizə orqanlarının bəyanatında qeyd edilirdi ki, akademik Eldar Salayev hazırda ABŞ-da mühacirət həyatı yaşayan Rəsul Quliyevlə həbsdə olan sabiq nazirlər arasında bir növ vasitəçilik edib. «İctimaiyyət hər şeyi çox yaxşı bilir» deyən Elman Salayevsə atasının həbsini sadəcə, Rəsul Quliyevin müdafiəsi ilə izah edir: «Eldar müəllim Rəsul Quliyevlə illərlə ailəvi dostdur. Fikrət Yusifov bizim qonşumuz idi, amma ümumiyyətlə, Sankt-Peterburqda yaşadığından, onunla ola bilsin, ildə bir dəfə görüşüb, ya yox. Atam Fərhad Əliyevi ümumiyyətlə, görməyib. Bildiyimə görə, Əli İnsanovla heç vaxt hansısa əlaqələri olmayıb. Bu iş Eldar Salayevin ictimaiyyət arasında tutduğu mövqedən yaranıb. Bu mövqe Rəsul Quliyevin müdafiəsi idi. O, Azərbaycanda ziyalıların elita sayılan təbəqəsində bəlkə, yeganə bir insan idi ki, açıq mövqeyini bildirirdi. Rəsul Quliyevin müdafiə komitəsinin üzvü idi. Ümumiyyətlə, bununla əlaqədar öz mövqeyini gizlətmirdi…».


DİNLƏYİN!


XS
SM
MD
LG