Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:48

Futbol üzrə Dünya Çempionatına problemsiz baxacağıq


Almaniyada keçiriləcək Dünya Çempionatının emblemi
Almaniyada keçiriləcək Dünya Çempionatının emblemi

Amma həm televiziya, həm də futbol mütəxəssisləri arasında yetərincə çoxlu insanlar var ki, oyunları rus və ya türk dilindəki şərhlərlə eşitməyə üstünlük verir


Ötən Dünya Çempionatı vaxtı oyunların Azərbaycanda izlənməsində problemlər yaranmışdı. Səbəb isə, çox sadə idi. Yerli televiziyalar Azərbaycanda yayımlanan Rusiya və Türkiyə kanallarına arxayın olub, çempionatın yayım hüququnu almağa cəhd eləməmişdilər. Çempionat başlanan kimi isə hər iki ölkənin kanalları futbol yayımlarını məhdudlaşdırdılar. Sonrakı günlər isə, ATV, ANS və Dövlət Televiziyası fərqli üsullarla çempionat oyunlarını yayımlamağa cəhd göstərirdilər. Amma bu zaman da yetərincə kobud texniki xətalar diqqəti cəlb edirdi.


İndi isə Dünya Çempionatı vaxtı belə sürprizlər olmayacaq. İki il əvvəl Avropa Çempionatı və Olimpiya oyunları vaxtı olduğu kimi, bu dəfə də Çempionatın rəsmi şəkildə Azərbaycanda yayım hüququnu bir televiziya şirkəti – «Lider» telekanalı alıb.


Televiziyanın İdman redaksiyasının rəhbəri Vasif Ağamirlinin sözlərinə görə, iyunun 9-da başlayacaq Dünya Çempionatının 64 oyununun hamısı göstəriləcək. Özü də canlı. Amma bu zaman çempionatı yayımlayan Rusiya və Türkiyə kanallarının Azərbaycandakı yayımları məhdudlaşdırılacaq. Eynilə «Lider» TV-nin başqa ölkələrdə yayımları da. Televiziyanın İdman redaksiyasının rəhbəri Vasif Ağamirli: «Bu yayım hüququ alınan zaman şərtdir ki, hər kanal ancaq öz ölkəsinə yaysın, məsələn biz- «Lider» TV olaraq futbol yayımlarını peykimizə də ötürməyəcəyik».


Milli Teleradio Şurasının sədri Nuşirəvan Məhərrəmli isə, peyklə başqa ölkələrin ərazisinə Dünya Çempionatını göstərməmələri üçün istər yerli, istərsə də xarici hər hansı telekanala qarşı tədbir görməyəcəklərini bildirir.


Futbol yayımların hansı keyfiyyətlə verilməsi, daha doğrusu şərhi məsələsinə toxunmaq yerinə düşər. Çünki həm televiziya, həm də futbol mütəxəssisləri arasında yetərincə çoxlu insanlar var ki, oyunları rus və ya türk dilindəki şərhlərlə eşitməyə üstünlük verir. Televiziya nəzəriyyəçisi və Dövlət Televiziyasının Səhər kanalının rəhbəri Qulu Məhərrəmlinin sözlərinə görə, bunun əsas səbəbi şərhçiliyin səviyyəsinin aşağı olmasındadır.


Dünya Çempionatının yayım hüququna sahib olan «Lider» telekanalının İdman redaksiyasının rəhbəri Vasif Ağamirli əvvəlki illərə nisbətən şərhçilik məsələsində irəliləyişə nail olduqlarını və bu çempionatın Azərbaycan seyrçiləri üçün maraqlı olması üçün bəzi yeniliklər edəcəklərini bildirir. «2 il əvvəl Avropa Çempionatını və Olimpiadanı göstərdik. Sonra Konfederasiyalar kuboku, İngiltərə Liqasını, beləcə yaxşı təcrübə qazanmışıq».


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG