Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:57

«Respublikaçılar» Lənkərandakı mitinqi təxirə saldı


Cəlilabad, Yardımlı, Lerik, Masallı və Astara rayonlarında da açıq tədbirlər üçün yerlər rayon mərkəzlərinin kənarlarında müəyyənləşdirilib
Cəlilabad, Yardımlı, Lerik, Masallı və Astara rayonlarında da açıq tədbirlər üçün yerlər rayon mərkəzlərinin kənarlarında müəyyənləşdirilib
«Respublikaçılar» təşviqat qrupunun Lənkəranda keçirmək istədiyi mitinq təxirə salınıb. Buna səbəb müxalifətçilərin təklif etdiyi yerdə aksiyaya icazə verilməməsidir.

Müsavat Partiyasının Lənkəran rayon təşkilatının sədri Yadigar Sadıqov «Azadlıq» radiosuna belə deyib.

Onun sözlərinə görə, yerli hakimiyyət orqanlarının təklif etdiyi yer - Olimpiya İdman kompleksi şəhərdən kənarda yerləşdiyindən və ora gedib-gəlmək xeyli əziyyət tələb etdiyindən mitinqi keçirməkdən imtina ediblər.

Müxalifətçilər mitinq üçün Lənkərandakı Həzi Aslanov meydanını təklif etmişdilər. Y.Sadıqov deyir ki, bu meydan Lənkəran şəhərində yerləşdiyindən, mitinqə qatılmaq istəyənlər üçün əlavə problem yaratmır.

Onu da deyək ki, Cəlilabad, Yardımlı, Lerik, Masallı və Astara rayonlarında da açıq tədbirlər üçün yerlər rayon mərkəzlərinin kənarlarında müəyyənləşdirilib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG