Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:51

Müxalifət mitinqə hazırlaşır


Məhdudiyyətsiz prezidentlik müddəti əleyhinə etiraz aksiyası. Nyu-York. 9 yanvar 2009

Məhdudiyyətsiz prezidentlik müddəti əleyhinə etiraz aksiyası. Nyu-York. 9 yanvar 2009

«Qarabağ və Respublika Uğrunda» Vətəndaş Hərəkatı mitinq keçirməyə hazırlaşır. Hərəkat Azərbaycanda prezidentlik müddətinə məhdudiyyətin aradan qaldırılmasına etirazını bildirmək istəyir.

Bu məqsədlə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət göndərilib. Müxalifət mitinqini fevralın 22-də keçirmək niyyətindədir. Hərəkatın üzvü Arif Hacılı deyir ki, onlar Bakının mərkəzi meydanlarının birində toplanmaq istəyirlər.

Arif Hacılı deyir ki, onlar mitinqdə «Xalq kral istəmir!», «Yaşasın Respublika» şüarlarını səsləndirmək niyyətindədirlər.

Konstitusiyanın 30-a yaxın maddəsinə dəyişiklik təklif olunub. Dəyişikliklərdən biri də bir şəxsin iki dəfədən çox prezident seçilməsinə qoyulan məhdudiyyətin ləğvini nəzərdə tutur. Təkliflər martın 18-də referenduma çıxarılacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG