Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:26

Generalın qətli ilə bağlı birgə əməliyyat-istintaq qrupu yaradılıb


Rail Rzayev 2009-cu il fevralın 11-də xidməti avtomobilində odlu silahdan açılmış atəşlə qətlə yetirilib
Rail Rzayev 2009-cu il fevralın 11-də xidməti avtomobilində odlu silahdan açılmış atəşlə qətlə yetirilib
Baş Prokurorluq, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirlikləri Azərbaycan Müdafiə Nazirliyi Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının komandanı, general-leytenant Rail Rzayevin qətli ilə bağlı rəsmi açıqlama verib.

Baş Prokurorluğun mətbuat xidməti xəbər verir ki, Rail Rzayev 2009-cu il fevralın 11-də, saat 7:30 radələrində, Bakı şəhəri Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı küçəsindəki 172 nömrəli orta məktəbin yaxınlığında xidməti avtomobilində odlu silahdan açılmış atəşlə qətlə yetirilib.

Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanıb.

Baş vermiş ağır cinayət hadisəsi ilə bağlı hüquq mühafizə orqanları rəhbərlərinin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin yanında iclas keçirilib və işin istintaqı ölkə başçısı tərəfindən nəzarətə götürülüb.

Baş Prokurorluğu, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin peşəkar əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Cinayətin açılması və onu törədənlərin müəyyən edilib tutulması istiqamətində intensiv əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG