Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:08

Generalın ölümü ilə bağlı cinayət işi başlanıb


General-leytenant Rail Rzayev (ortada) Amerikalı və rusiyalı həmkarları ilə Qəbələ RLS-də

General-leytenant Rail Rzayev (ortada) Amerikalı və rusiyalı həmkarları ilə Qəbələ RLS-də

Azərbaycan Müdafiə Nazirliyinin (MN) Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanı, general-leytenant Rail Rzayev qətlə yetirilib.

R. Rzayev fevralın 11-də səhər saatlarında Yasamal rayonunun İsmayıl bəy Qutqaşınlı 125 ünvanında yerləşən evinin yaxınlığında başından güllələnib.

O güllə yarası ilə MN-in Mərkəzi Klinik Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan bildiriblər ki, Hərbi Hava Qüvvələrinin komandanlığı onlara hər hansı açıqlama verməyi qadağan edib.

Hadisənin kim tərəfindən hansı zəmində törədildiyi hələlik məlum deyil. Hadisə yerində Respublika Hərbi Prokurorluğunun əməkdaşları istintaq hərəkətləri aparır.

Bu vaxta qədər Azərbaycanda hərbi generalların öldürülməsi faktı qeydə alınmayıb.

Prezident İlham Əliyevin məsələyə reaksiyası məlum deyil. Dövlət başçısı hazırda Küveytdə səfərdədir. O, bu gün Küveyt-Azərbaycan millilərinin futbol matçına baxacaq.

Tərcümeyi-hal: R.Rzayev 1945-ci il martın 10-da Salyan rayonunda anadan olub. 1962-66-cı illərdə Orcenikidze adına (Vladiqafqaz) zenit-raket komanda məktəbində təhsil alıb.

Təhsilini başa vurduqdan sonra Azərbaycana göndərilib, hava hücumundan müdafiə qoşunlarında müxtəlif hərbi vəzifələrdə çalışıb.

1989-cu ildən 1992-ci ilə kimi Hərbi Hava Qüvvələrinin Bakı təmir bazasına rəhbərlik edib (2008-ci ildə bu baza ləğv olunub).

1992-ci ildən Azərbaycan Hərbi Qüvvələrinin Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı təyin edilib. 2004-cü ildə general-leytenant rütbəsi alıb.

Generalla vida mərasimi fevralın 11-də saat 15.00-da Müdafiə Nazirliyinin Təlim-tədris mərkəzində olacaq.

Qeyd: Azərbaycanın Hava Qüvvələri və Hava Hücumundan müdafiə sistemində 8 minə yaxın şəxs xidmət edir. Qüvvələrin arsenalına aşağıdakı silahlar daxildir:

Hava hücumundan müdafiə silahları, o cümlədən
orta mənzilli yer-hava tipli raketlər - 100 ədəd C-75, C-125 Neva və C-200 Veqa
qısa mənzilli yer-hava tipli raketlər - ZRK-BD Strela-10, 2K11 Krug, 9K33M3 Osa (ümumilikdə 40 ədəd)
yer-yer tipli taktiki raket kompleksi - 4 ədəd OTR-21 Toçka

- Radar SNAR-1, SNAR-2, SNAR-6, PRP-4, SNAR-10, GS-13
- Pilotsuz uçan qurğular 6 ədəd, o cümlədən 3 ədəd Orbiter, 3 ədəd Aerostar

Təyyarələr – 47 döyüş qabiliyyətli
Təyyarələr – 23 ədəd MiG-25 (+9 ədəd anqarda), 4 ədəd MiG-21 (+1 ədəd anqarda), 6 ədəd Su-25, 5 ədəd Su-24, 4 ədəd Su-17, 1 ədəd An-12; 3 ədəd Yak-40, 28 ədəd L-29 Delfin, 12 ədəd L-39, 3 ədəd MiG-25PU, 1 ədəd Su-17U; 2 ədəd Su-25UB

Vertolyotlar
15 ədəd Mi-24, 13 ədəd Mi-8, 7 ədəd PZL Mi-2.
Məlumatı Londonda yerləşən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu dünya ölkələrinin hərbi potensialını qiymətləndirən illik hesabatında yer alıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG