Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:12

Pənah Hüseyn: «Mən Səməd Seyidova təşəkkür edirəm»


Pənah Hüseyn
Pənah Hüseyn
«Hər dəfə Avropadan qonaqlar dəvət etməklə, təşkilatların rəhbərləri ilə yaxşı münasibətdə olmaqla məsələlər həll edilməyəcək. Ona görə də öz evimizdə oturub yüksək tonlu bəyanatlar verməklə yanaşı konkret məsələləri də həll etmək lazımdır. Söhbət siyasi məhbusları, üç jurnalisti həbsdən azad etmək və yeni siyasi məhbuslar yaradılması siyasətindən əl çəkməkdən gedir».

Deputat Pənah Hüseyn «Azadlıq» radiosunun «İşdən sonra» proqramına belə deyir. Onun sözlərinə görə, əgər bu vəziyyət davam etsə, siyasi məhbuslar da olacaq, bununla bağlı məruzəçiyə də ehtiyac yaranacaq:

«Mən Səməd Seyidova parlamentdəki son çıxışına görə, təşəkkür edirəm. Çünki o, vəziyyətin ciddiliyinə diqqəti cəlb etdi. Əslində cəmiyyətdə və bizim bir çoxlarımızda Avropa Şurasında yaranmış vəziyyət barədə o dərəcədə məlumat yox idi. Ondan sonra müəyyən faktlar da ortaya çıxdı».

Deputat hesab edir ki, Səməd Seyidovun Milli Məclisdəki çıxışı təkcə Avropa Şurasına xox gəlmək yox, həm də müəyyən həyəcan siqnalı oldu:

«Sirr deyil ki, müəyyən qüvvələr bu hadisədən ruhlanıblar. Bu çıxış bəzi proseslərə təkan verib».

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov parlamentin yaz sessiyasının ilk iclasında deyib ki, Azərbaycan Avropa Şurası ilə münasibətlərinə yenidən baxa bilər.
XS
SM
MD
LG