Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:02

Azərbaycan Avropa Şurası ilə öz münasibətlərində dəyişiklik edə bilər


«Avropa Şurasında (AŞ) insan haqları və siyasi məhbuslarla bağlı Azərbaycana məruzəçi təyin etmək cəhdləri üzə çıxır».
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin sədri Səməd Seyidov fevralın 2-də Milli Məclisdəki çıxışında deyib ki, AŞ-da gedən proseslər yalnız demokratik inkişafla bağlı olan məsələlər deyil.
Bu qurumda gedən proseslər Azərbaycana hansısa səviyyədə, hansısa mərhələdə təzyiq və ölkəni öz tutduğu yoldan dəyişdirmək məqsədini və fəlsəfəsini özündə daşıyan bir siyasətdir:
«Ona görə nümayəndə heyəti özünün, parlament rəhbərliyinin və prezidentin mövqeyini AŞ-a çatdıraraq bildirib ki, belə bir proses, belə bir hadisə Azərbaycanla bağlı olsa, onda Azərbaycan bu təşkilatla öz münasibətini dəyişdirməlidir və dəyişdirəcək».
S.Seyidovun sözlərinə görə, hamı bilməlidir ki, Azərbaycan inkişaf etdikcə, digər ölkələr arasında Avropa dəyərlərini ən çox tətbiq edən ölkə kimi dəyərləndirildikcə, AŞ-ın hətta rəhbərliyində olan insanlar tərəfindən də tənqid ediləcək:
«Ancaq Avropa Şurası bilməlidir ki, Azərbaycanın mövqeyinə və siyasətinə hörmətlə yanaşılmalıdır».

Günün bütün mövzuları

XS
SM
MD
LG