Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:08

«Seçkilər demokratiyanın azlığını üzə çıxardı»


«Freedom House» beynəlxalq hüquq-müdafiə təşkilatıdır
«Freedom House» beynəlxalq hüquq-müdafiə təşkilatıdır
«Freedom House» təşkilatı Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı ATƏT və ABŞ Dövlət Departamentinin ilkin qiymətləndirməsindən narahatdır: «Hər iki qurum 15 oktyabr seçkilərinin avtoritar məzmunundan çox, səsvermənin texniki aspektlərində müəyyən irəliləyişləri qeyd edir».

«Freedom House»un bəyanatında deyilir ki, müxalifətin boykotu ilə keçən səsvermədə İlham Əliyev 88 faizdən çox səs toplayıb. Bu da bir sıra əsas azadlıqlar baxımından son beş ildə ölkədəki tənəzzülü nümayiş etdirir.

«Oyun meydançasının belə qərəzli olduğu ölkədə hətta ən yaxşı seçki prosesi – hərçənd, biz bunu Azərbaycanda görmədik - mənasızdır». Bunu «Freedom House»un Orta Asiya üzrə baş proqram direktoru Ceff Qoldşteyn bildirib.

«Freedom House»un direktoru Kristofer Uolker isə deyib ki, «müstəqil səslər susdurulduğu halda, bu seçkilərin ATƏT-in dediyi kimi, nəzərəçarpan irəliləyiş olmasını söyləmək şişirtmə olardı».

Sənəddə deyilir ki, Azərbaycandakı seçkilər Cənubi Qafqazdakı «narahat seçkilər» silsiləsinin davamıdır. Həm Ermənistan, həm də Gürcüstanda bu il seçkilər olub və heç birində seçkilər beynəlxalq standartlara cavab verməyib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG