Qazaxıstanda prezidentin və ailəsinin əmlakının müsadirə edilməsi, onun prezidentliyi dövründə hərəkətlərinə görə istintaqa cəlb edilməsi qanunla qadağan edilir
Bu gün Ankarada Türkiyə prezidenti Abdulla Güllə Rusiya prezidenti Dimitri Medvedev arasında görüş olub. Hələlik danışıqların detalları barədə məlumat verilmir.Liderlər görüşdən birgə mətbuat konfransı keçiriblər.
Britaniyada 13 ildən sonra Mühafizəkarlar partiyası müxalifətdən hakimiyyətə yenidən qayıdıb. Devid Kameron baş nazir kimi ilk çıxışında bildirib ki, seçkidə daha çox yer qazanan partiyası Liberal Demokratlarla koalisiya hökuməti qurmaq niyyətindədir
Kameron Britaniyada ən seçkin özəl məktəbləri – Eton və Oksford Universitetlərində oxuyub. Oksford Universitetində siyasət, fəlsəfə və iqtisadiyyat üzrə birinci dərəcə alıb. Universitetdən sonra sağ-mərkəzçi Mühafizəkarlar Partiyasında işləməyə başlayıb
Vaşinqtonda səfərdə olan Əfqanıstan prezidentinin Talibanla barışıq üçün təklif etdiyi şərtlər AzadlIqRadiosuna daxil olub. Kərzayinin xüsusilə keçmiş baş nazir Gülbəddin Hikmətyarı öz tərəfinə çəkməyə çalışdığı bildirilir
ABŞ prezidenti Barak Obama Ali Məhkəmənin hakimi vəzifəsinə Elena Kaqanın namizədliyini irəli sürüb
Medvedev öz məqaləsində Suriyanı Yaxın Şərqin ən vacib oyunçularından adlandırır. Onun fikrincə, Rusiya və Suriya «çoxölçülü siyasi dialoqu sürətləndirməlidirlər»
Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu Avropada borc böhranı ilə mübarizəyə demək olar ki, 1 trilyon dollar ayırırlar. 957 milyard dolların 636 milyardını (435 milyard avronu) Avropa Birliyi bu gün ayırdı
«Primyer Liqa» yarışmasının qızıl medalı uğrunda «Çelsi» ilə «Mançester Yunayted» arasında gedən kəskin rəqabət başa çatdı. Londonun «Çelsi» klubu Mançesterdən olan rəqibini bir xal qabaqlayaraq dünya üzrə ən çox izlənən yarışmanın qalibi oldu
Şultz-Makukun nəzəriyyəsinə əsasən, ovaxtkı kosmik raketlər Marsdan götürdükləri torpaq nümunələri üzərində eksperiment aparanda həmin nümunələr isinib. Bununla da onlardakı həyat əlamətləri məhv olub
İlkin dəyərləndirmələrə görə, seçkinin nəticələri heç bir partiyaya təkbaşına hökumət qurmaq imkanı verməyəcək.
Bugünkü Belqradda «babam çetnik olub» – demək nəinki məqbuldur, hətta prestijli hesab olunur. Çetniklər vaxtilə alman nasistləri ilə birgə vuruşanlardır. Belqrad Universitetinin professoru Mladen Laziç isə deyir ki, «Serbiya cəmiyyətinin əksəriyyəti anti-faşist olaraq qalır. Sadəcə olaraq faşistləri dirçəltmək istəyənlər daha bərk qışqırırlar»
Davamı
Rusiyadakı azərbaycanlı iş adamı Fərhad Əhmədov Bakıya seçki islahatları təklif edir. Gürcüstanda parlamentə naməlum maddə səpilib, bir neçə nəfərin halı pisləşib