Türkiyənin ən çox oxunan ikinci mətbu orqanı «Sabah» qəzetinin baş redaktoru Erdal Şafak vəzifəsindən istefa verib.
Dekabrın 1-də Britaniyanın keçmiş baş naziri Toni Bler Bakya gəlib. O, Qaradağda metanol zavodunun təməlinin qoyulması mərasimində iştirak edib, sonra da Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
2004-cü ildə Türkiyə Silahlı Qüvvələrinin Quru qoşunları komandanı olmuş ordu generalı Aytaç Yalman, Hava qüvvələri komandanı, ordu generalı İbrahim Fırtına və Dəniz qüvvələri komandanı, ordu admiralı Özdən Örnək bu həftənin sonuna qədər prokurorluğa ifadə verməyə çağırılıb
Dinləmələr 9 gün davam edəcək. Kosovonun, Serbiyanın və 29 ölkənin arqumentləri dinləniləcək. Daha sonra məhkəmə qərarını çıxartmaq üçün müzakirələrə başlayacaq
Prezident Barak Obamanın ABŞ-ın Əfqanıstanda yeni strategiyasının tərkib hissəsi olaraq bu ölkəyə daha 30 min Amerika hərbçisi göndərmək planını elan edəcəyi gözlənilir
İranda azərbaycanlıların milli-mədəni hüquqları uğrunda fəallardan biri Sima Didar: «Əgər seçkidən əvvəl ana dilində təhsil vermək vədləri doğru olsaydı, bizi – iki gənci ana dilində təhsil istədiyimiz üçün həbs etməzdilər»
89 yaşlı Con Demyanyuku İkinci Dünya müharibəsi vaxtı Polşada, Sobibor ölüm düşərgəsində 27 min 900 yəhudinin qətlinə yardım göstərməkdə ittiham edirlər. İttiham sübut olunsa, onu…
«İnsan kimi yaşayışı dəstəkləmə dərnəyi»nin baş katibi Okşan Öztok hökumətə müraciət edərək, son dövrlərdə tez-tez gündəliyə gələn «açılım» layihələrinə bir layihənin də əlavə edilməsini istəyib
ABŞ-da yaşayan müsəlman əsilli zabit – mayor Nidal Həsən Fort Huddakı hərbi bazada atəş açıb 13 günahsız amerikalını qətlə yetirəndən sonra ABŞ-da ümumən müsəlmanlara etibar məsələsi yenidən gündəmə gəlib
Hollandiyada da məscid minarələrinə qadağa qoyula bilər. Hollandiyanın sağ təmayüllü «Holland Azadlıq Partiyası» bildirib ki, hökumətə belə bir qadağanın qoyulması ilə bağlı müraciət edəcəklər, referendumun keçirilməsini istəyəcəklər
Çexiyanın kəşfiyyat orqanları planın üstünü açıblar və 2003-cü ildə iraqlılar silahları Çexiya hökumətinə təhvil veriblər
İsveçrədə seçicilərin 57 faizi məscidlərdə yeni minarələrin tikilməsini qadağan edən təklifi dəstəkləyib. Bu təklifin təşəbbüskarı, İsveçrənin sağ-təmayüllü Xalq Partiyası iddia edir ki, minarələr islamın artan qüvvəsinin rəmzidir
Davamı