İsrailin Qəzza zolağındakı hərbi əməliyyatlarında ölənlərin sayı 1100-ə yaxınlaşır
Vyanada küçənin ortasında bir çeçeni başından güllələyiblər. «New York Times» yazır ki, bu, Çeçenistan prezidenti Ramzan Kadırovun keçmiş cangüdəni Umar İsrailovdur
Portuqaliyalı yarımmüdafiəçi Kriştianu Ronaldu FİFA-nin mükafatına əsasən 2008-ci ilin ən yaxşı futbolçusu elan edilib
Zimbabvedə prezident Muqabedən çox yəqin yalnız bircə adama nifrət edirlər, o da prezidentin ikinci dəfə evləndiyi Grace Muqabedir
«Qazprom» məlumat yayıb ki, yanvarın 12-də səhər Rusiya təbii qazının Avropaya nəqlini bərpa etmək barədə razılaşmanı yenidən imzalayıblar
Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer vəzifədən getdikdən sonra iki il ərzində böyük həcmdə pul qazanıb - 15 milyon funt sterlinq
Avropaya qazın nəqlini müşahidə edəcək beynəlxalq komissiyanın yaradılmasıyla bağlı sənədi Rusiyanın ardınca Ukrayna da imzalayıb
Avropanın müxtəlif şəhərlərində İsrailin Qəzzada apardığı hərbi əməliyyatlara qarşı etiraz aksiyaları keçirilib. London, Paris, Berlin, Budapeşt və Afinada nümayişlər olub
2010-cu ilədək Birləşmiş Ştatlarda 4 milyonadək yeni iş yeri yaradılacaq. Bunu Amerikanın yeni prezidenti seçilmiş Barak Obama deyib
Rusiya və Avropa Birliyi qazın Ukrayna vasitəsilə Avropaya nəqlinə nəzarət edəcək komissiya yaratmaq haqqında protokol imzalayıblar
Ukrayna ilə Rusiyanın qaz mübahisəsinin yoluna qoyulmasında ən böyük əngəl adı heç yerdə çəkilməyən müəmmalı RUE şirkətidir
BMT-nin Təhlükəsizlik Şurası Qəzza sektorunda İsraillə Həmas döyüşçülərini bilavasitə barışığa çağıran qətnamə qəbul edib
Davamı