Siyasətçilərin gələn ilə aid düşüncələri prinsipial olaraq bir məsələdə ciddi şəkildə fərqlənmir. Nə hakimiyyət, nə də müxalifət təmsilçiləri 2008-ci ildə Qarabağ münaqişəsinin həll ediləcəyi ilə bağlı qəti əminlik dilə gətirmirlər
Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 2008-ci il yanvarın 1-dən 60 manat müəyyən edilir. Bu barədə prezident İlham Əliyev dekabrın 26-da sərəncam imzalayıb
Milli Bankın açıqlamasına görə, artıq bir neçə aparıcı bankın Azərbaycanda filiallarını açması ilə bağlı müraciətlərinə baxılıb. Beləliklə də gələn ildən ölkənin maliyyə sektorunda dünyanın aparıcı bankları fəaliyyətə başlaya bilər
Hökumət yanvarın 1-dən Azərbaycan daxilində uçuşlar üçün təyyarə biletlərinin qiymətini qaldırıb. Qərara görə, Bakı-Naxçıvan-Bakı reysi üçün qiymət 95 manat, Gəncə-Naxçıvan-Gəncə reysində 39 manat, Bakı-Gəncə-Bakı istiqamətində birtərəfli uçuş qiyməti isə 56 manat olacaq
İlham Əliyev bildirib ki, 2008-ci ilin ikinci yarısında təqaüd və əmək haqlarının yenidən artırılacağı gözlənilir. Azərbaycanda ünvanlı sosial yardım alan vətəndaşların sayı isə 200 min nəfərdir
İlin sonunda dünyanın aparıcı tədqiqat mərkəzləri öyrəndikləri sahələr üzrə ölkələrin özlərini necə apardıqlarına dair reytinqlər tərtib ediblər
Deputat Pənah Hüseyn: «Suraxanı rayonu ərazisində ABŞ hökumətinin vəsaiti ilə 400 şagirdlik məktəb tikilib. Həmin vəsaitdən 8 dəfə çox vəsait xərcləməklə Azərbaycan hökuməti Qəbələ rayonunda 370 şagirdlik məktəb tikib. Bütün sahələrdə də belədir»
Bunu Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev dekabrın 14-də keçirdiyi mətbuat konfransında deyib . Komitə sədri ərzaq və digər məhsulların qiymətində artım müşahidə olunduğunu bildirib
İndi istehsal olunan neft istifadə olunan neftə az qala bərabərdir. Bu isə o deməkdir ki, neftin qiyməti gələn il də baha olacaq. Neftə ehtiyac artsa da, OPEK ölkələri hasilatı artırmaq istəmirlər. Hesab edirlər ki, neftin qiymətini qaldıran ehtiyac yox, spekulyantlardır
İqtisadçı ekspert Rövşən Ağayev deyir ki, ölkədə sementin və digər tikinti materiallarının qiymət artımı inhisarçılığın nəticəsidir. Onun sözlərinə görə, kənardan ölkəyə sement və digər materialların gətirilməsinə sərbəstlik verilsə, keyfiyyətdə və qiymətdə rəqabət yaranar
Dekabrın 1-dən Azərbaycanda sementin qiyməti 16% artırılıb. Bu qərarı ölkənin sement istehsalı üzrə iri müəssisəsi «Garadagh Cement» MMC bəyan edib
Bunu Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) baş məsləhətçisi, «Holland sindromu»nun tədqiqatçısı kimi tanınan Arnold Harberger noyabrın 30-da Bakıda keçirdiyi mətbuat konfransında bəyan edib
Davamı