İran Dövlət mediasının məlumatına görə, noyabrın 8-də baş verən zəlzələ 5,9 bal gücündə olub. Zəlzələnin mərkəzi Təbriz şəhərinin 112, Ərdəbilin isə 45 kilometrliyində qeydə alınıb.
Robert Koçaryan 2008-ci ilin 1-2 mart hadisələri zamanı ölkənin konstitusion quruluşunu devirməyə cəhddə və rüşvətxorluqda ittiham olunur.
"Avast" şirkətinin əsasını 1989-cu ildə Praqadakı məxməri inqilabdan sonra çexiyalı komputer həvəskarları Eduard Kuçera və Pavl Baudis qurublar.
Məlumata görə, tuneldə dalana dirənən Əl Bağdadi sonda özünü partladıb. Onunla yanaşı 2 uşaq da ölüb. Həmçinin partlayıcı kəmər taxmış 4 qadın və 1 kişi özlərini partladıblar.
ABŞ Nümayəndələr palatası 1915-ci ildə Osmanlı İmperiyasında baş verən hadisələri "erməni soyqırımı" kimi tanıyan qətnamə qəbul edib. Amma qətnamənin hüquqi qüvvəsi yoxdur və bu yalnız rəmzi xarakter daşıyır.
İlk hücuma prezident administrasiyasının saytı məruz qalıb. Saytlarda keçmiş prezident Mixeil Saakaşvilinin “Mən dönəcəm” yazılmış şəkilləri peyda olub.
Türkiuyənin xarici işlər naziri Mevlut Çavuşoglu bəyan edib ki, YPG kürd qruplaşması Suriyanın türkiyə ilə sərhədində 30 kilomtrlik təhlükəsizlik zonasından hələ də tam çıxarılmayıb.
Ermənistan İstintaq komitəsinin məlumatına görə Rusiya şirkəti Ermənistanın müdafiə nazirliyini məhkəməyə də verib və “səlahiyyətli şəxsin işə laqeyid yanaşması” maddəsi ilə cinayət işi qaldırılıb.
Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyir ki, 30 kilometrlik zonanın 10 kilometrlik ətrafında birgə Rusiya-Türkiyə patrul xidməti tətbiq ediləcək.
Kreml görüşdən əvvəl bəyan eləmişdi ki, Türkiyənin Suriyada hərbi əməliyyatları müvəqqəti dayandırması ilə bağlı ABŞ-la əldə etdiyi razılaşma barədə daha çox informasiya istəyir.
Razılaşmaya əsasən kürd birləşmələri 5 günlük atəşkəs müddətində döyüş zonasını tərk etməli, Ankara hərbi əməliyyatları dayandırmalı və bölgədə təhlükəsizlik zonası yaradılmalıdır.Həmin təhlükəsizlik zonasını isə əsasən Türkiyə təmin etməlidir.
“Əgər danışıqlar alınmasa, “sanksiyalar, tariflər, bizim etdiyimiz və edəcəyimiz digər şeylər Türkiyə iqtisadiyyatı üçün məhvedici olacaq”, deyə Tramp vurğulayıb.
Davamı