Bu fotoqalareyada İranla sərhəddə, Astaranın Ərçivan kəndində sadə insanların yaşayışı, qayğıları ilə tanış ola bilərsiz.
26 il əvvəl - 1988-ci il dekabrın 7-də Ermənistanın şimal-qərbində baş verən rixter şkalası ilə 6.8 bal gücündə zəlzələ 31 000 adamın ölümünə, 130 000 nəfərin yaralanmasına səbəb olmuşdu. O zaman zəlzələdən ən çox ziyan çəkən Gümrü (o zamankı Leninakan) və Spitak şəhərləri idi. Zəlzələdə evlərini itirmiş 600 ailə hələ də daxmalarda, vaqonlarda yaşayır. Onların nə suları var, nə qazları, nə hamam-tualetləri. Fotoqraf Anthony Georgieff zəlzələ qurbanlarının hazırkı yaşayış şəraitini fotolarla təqdim edir.
1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında erməni silahlı qüvvələrinin atəşə tutması nəticəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu vertolyot qəzaya uğrayıb. Nəticədə vertolyotda olan 22 nəfərin hamısı həlak olub. Onların arasında Azərbaycanın yüksək rütbəli dövlət məmurları da vardı.
Waldfriedhof Almaniyanın ən iri qəbirstanlıqlarından biridir. Münhendə yerləşən bu məzarlığın sahəsi 170 hektardır və orada 59 000 məzar var. 1955-ci ildə burada ilk dəfə Qafqazlılar üçün də ayrıca ərazi ayrılıb. Bu adamlar 2-ci dünya müharibəsindən sonra Münhündə məskunlaşanlardır.
Milli Şura sentybarın 23-ü “Talana yox” şüarı ilə mitinq keçirib.
Frankfurtda avtomobil sərgisi başlayıb. Bu sərgidə Mercedes, Ferrari, BMVV, Lamborghini ve McLaren kimi markalar öz son model avtomobillərini təqdim ediblər. Sərgidə əsas diqqət çəkənlər elektriklə çalışan avtomobillər olub. Burada həmçinin hibrid model "Mercedes Benz GLC F-cell" də təqdim edilib.
Sentyabrın 12-də Çempionlar Liqasının ilk turunda, Londonun Stamford Bridge stadionunda İngiltərənin Chelsea klubu Azərbaycanın Qarabağ klubunu qəbul edirdi. Oyun meydança sahiblərinin xeyrinə 6-0 hesabı ilə başa çatıb.
Sentyabrın 11-i “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev həbsdən ev dustaqlığına buraxılıb. Bununla bağlı Yasamal Rayon Məhkəməsi qərar verib. Müdafiə tərəfi məhkəməyə Mehman Əliyev barədə seçilən həbs qəti imkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi ilə bağlı müraciət etmişdi.
Yüzlərlə Rohinca müsəlmanı zorakılığın hökm sürdüyü Birmadakı (Myanma) evlərini tərk edib Banqladeşə qaçır. BMT artıq 40 mindən çox insanın evini tərk etdiyini deyir.
49 il əvvəl - 1968-ci il avqustun 21-də sovet qoşunları Çexoslovakiyaya yeridildi. O zaman "Praqa baharı" adı verilən demokratik proses başlamışdı və qoşunlar həmin prosesin qarşısının alınması məqsədilə bu ölkəyə yeridilmişdi.
Qərblə SSRİ arasında rəqabət uzun müddət sənayedə inkişafın əsas amilinə çevrilmişdi. Amma SSRİ özəlliklə kosmik sənaye və silah istehsalında irəli getsə də, avtomobil istehsalında yerində sayır, sadəcə kapitalist rəqbilərini təkralamaqla məşğul idi.
İyunun 7-də İranda parlament binasına və Ayatolla Ruhullah Khomeininin məqbərəsinə silahlı hücum olub. İRNA agentliyinin verdiyi son məlumata görə, Tehrandakı silahlı hücumlarda 2 mühavizəçi ölüb, 30-dan çox adamsa yaralanıb.
Davamı