100 il əvvəl - 1916-cı il mayın 16-da Fransa və Britaniya Rusiyanın da razılığı ilə Osmanlı İmperiyasının öz aralarında bölüşdürülməsi barədə Sayks-Pikot razılaşması imzaladı. Həmin sənəddə Osmanlı İmperiyasınınnecə bölünməsi, o dövrlə indiki sərhədlərin müqayisəsini təqdim edirik.
Mayın 12-də cəbhənin ön xəttində yeni hərbi hissə istifadəyə verilib. Açılışda müdafiə naziri Zakir Həsənov da iştirak edib.
Qəbələ iki hissəyə bölünüb. Bir hissəsi baxımsızdır, bir hissəsi isə milyonlarla dollar hesabına infrastruktur qurulub.
1945-ci il mayın 8-də Almaniya təslim olmazdan əvvəl Berlində döyüşlərdə şəhər tam dağılmışdı. 1990-cı ildə ölkənin birləşməsindən sonra Berlində müharibənin əlamətləri demək olar silindi, şəhər yeniləndi. 70 il öncəki və indiki Berlin fotolarda.
Mayın 1-də Belarusun paytaxtı Minskdə yeni fast-food restoranı açılıb - Texas Chicken. ABŞ-ın fast-food restoranlar şəbəkəsindən olan Texas Chicken yeməklərini dadmaq üçün Minsk sakinləri uzun növbə yaradıb, basabas salıblar.
Tanrının şəkiyə verdiyi gözəlliklər fotolarda. Bu məkanın turizm üçün əvəzsiz olduğunu hamı deyir. Elə bu fotolar da... Amma Şəkidə turist görən o qədər də çox deyil. Niyəsi ayrı söhbətin mövzusudur.
Azərbaycan ötən həftə Ağdam və Tərtər rayonlarında erməni silahlı qüvvələrinin top atəşləri ilə onlarla evin dağıldığını bildirir. Həmin rayonların sakinlərindən aldığımız bəzi fotoları təqdim edirik.
Tərtərdə erməni silahlı qüvvələrinin hücumu nəticəsində bir neçə yaşayış evinin zərər gördüyü bildirilir. Tərtər icra başçısı deyir ki, gərginlik nəticəsində Tərtərdə yerləşən bir neçə ev tamamiylə dağılıb. Tərtərdən çəkilmiş fotoları təqdim edirik
Mayın 1-də prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva erməni silahlı qüvvələri ilə təmas xəttində yerləşən Tərtər, Bərdə və Ağdam rayonlarında olublar. AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı əvvəlcə Tərtər rayonundakı “N” saylı hərbi hissəyə gedib.
Mayın 1-də bütün pravoslav xristianlar pasxa bayramını - Çarmıxa çəkilən İsanın sonradan dirilməsi gününü - qeyd edir. Pravoslav xristianlar Bakıda da kilsələrə toplaşaraq bütün gecəni dini ayinlər icra ediblər. Bu dini ayinlərdə böyüklərlə yanaşı, uşaqlar da iştirak ediblər.
Aprelin 22-i bütün dünya Yer Gününü qeyd edir. 195 ölkədə ətraf mühitin müdafiəsinə həsr olunmuş aksiyalar keçirilir. Hazırda tullantıların əksər hissəsi Asiya ölkələrinin payına düşür. Təqdim etdiyimiz fotoqalereyada ətraf mühiti çirkləndirməkdə lider olan ölkələrdən danışırıq.
Atəşkəsin pozulması nəticəsində Azərbaycan tərəfdən itkilərin olmadığı bildirilir.
Davamı