Ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin 27 yaşlı oğlu Heydər Əliyevin iqtisadi məsələlər üzrə müşavirədə iştirak etməsi medianın diqqətindən yayınmayıb. Bu da gənc Heydər Əliyevin Azərbaycan siyasətindəki indiki və bundan sonrakı rolu barədə suallar doğurub.
Azərbaycanda xüsusi karantin rejiminin müddəti yenə uzadılıb.
Noyabrda Bakıda COP29 beynəlxalq iqlim sammiti keçiriləcək. Sammit ərəfəsində bir sıra beynəlxalq təşkilatlar Azərbaycanı siyasi məhbusları azad etməyə çağırırlar.
"Mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi". Bunu prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında deyib.
Sentyabrın 21-də Azərbaycan Konstitusiya Məhkəməsi növbədənkənar parlament seçkilərinin nəticələrini təsdiqlədi. Bununla da növbədənkənar parlament seçkilərinə nöqtə qoyuldu.
Azərbaycanda sentyabrın 1-də növbədənkənar parlament seçkiləri keçirilib. MSK artıq seçkilərin yekun nəticələrini müəyyən edib və onu təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə göndərib.
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və Konstitusiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edib.
Avropa İttifaqı İranı Rusiyaya ballistik raketlər verməkdə ittiham edib və bildirib ki, ona qarşı yeni sanksiyaları açıqlamağa hazırlaşır.
Bakıda "Formula-1" yarışları ilə əlaqədar olaraq şəhərin mərkəzində bir neçə yol qapadılıb. Nəticədə şəhərin müxtəlif hissələrində tıxaclar artıb. Digər tərəfdən, noyabrda keçiriləcək COP-29 sammiti ilə əlaqədar aparılan təmir işləri də tıxacların yaranmasına təsir edib.
Bakıda metro vaqonunun üstünə boya ilə rəsm çəkən Fransa vətəndaşı Klerk Tyeqo Hüqoya 3 il həbs verilib.
Sentyabrın 7-də "AbzasMedia"nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov və jurnalistlər Hafiz Babalı ilə Nərgiz Absalamovanın həbs müddəti artırılıb.
Noyabrda Bakıda COP29 iqlim sammiti keçiriləcək. Sammitə hazırlıqla əlaqədar Bakının müxtəlif yerlərində təmir işləri gedir. Rəsmilər COP29 çərçivəsində Bakıya 80 minə yaxın qonağın gələcəyini deyirlər.
Davamı