Noyabrın 11-də Bakıda BMT-nin COP29 İqlim Dəyişikliyi Konfransı başlanıb. Problemə diqqəti çəkmək üçün Bakı bulvarına balina maketi də yerləşdirilib.
Noyabrın 5-də amerikalılar tarixi prezident seçkisinə gedirlər. Ölkə üzrə seçicilər mövqelərində bölünüb və səsvermənin nəticəsini yeddi həlledici ştatın müəyyən edəcəyi gözlənilir.
İran hakimiyyəti etirazını oxuduğu universitetin həyətində soyunmaqla bildirən xanım tələbəni həbs edib.
Azərbaycanda bu ilin sonuna yaxın bələdiyyə seçkiləri keçirilməli olsa da, hələ tarixi açıqlanmayıb. Qanunvericiliyə görə, seçki səsverməyə azı 60 gün qalmış elan edilməlidir. Amma Mərkəzi Seçki Komissiyası onun tarixi ilə bağlı, hələlik, heç bir açıqlama verməyib.
Gürcüstanda oktyabrın 26-da keçirilən parlament seçkilərində hakim "Gürcü arzusu" partiyası, rəsmi nəticələrə görə, səslərin 54 faizini toplayıb. Müxalifət koalisiyaları seçkinin nəticələrini tanımadıqlarını və saxtalaşdırmaların olduğunu bildirib.
Almaniya mətbuatı Türkiyənin BRICS-ə qəbul edilməməsini Hindistanın mövqeyi ilə əlaqələndirib.
Yeni Kaledoniya Konqresinin yeni seçilmiş prezidenti Veylma Falaeo sələfi Roş Vamitanın Azərbaycanla əməkdaşlıq haqqında imzaladığı sazişi birtərəfli qaydada ləğv etdiyini açıqlayıb. Yerli mətbuat sazişin Yeni Kaledoniyanın Fransadan müstəqil olmasını dəstəkləməyə yönəldiyini bildirmişdi.
Oktyabrın 21 və 22-də yağışlar nəticəsində Bakı şəhərinin bir çox hissəsini su basıb. Yaranan böyük gölməçələr vətəndaşların və avtomobillərin hərəkətinə əngəl yaradıb. Sakinlər problemin kanalizasiya sisteminin işləməməsi ilə əlaqəli olduğunu deyirlər.
Bir sıra ekspertlər hər iki ölkədəki seçkiləri Qərblə Rusiya arasında ediləcək seçim adlandırırlar.
Ukrayna prezidenti Volodimir Zelenski iddia edib ki, rəsmi Pxenyan Rusiyanın Ukraynada təcavüzkar müharibəsini dəstəkləmək üçün əsgər və silah göndərib.
Oktyabrın 18-i Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. 2022-ci ilə qədər bu bayram ölkədə Dövlət Müstəqilliyi Günü olaraq qeyd edilib. Bu tarixdən etibarən 28 May - Respublika Gününün adı Müstəqillik Günü ilə əvəz olunub.
Azərbaycanda "Halal" sertifikatı veriləcək. Beynəlxalq akkreditasiya standartları səviyyəsində olacağı iddia edilən "Halal" sertifikatı vermək hüququnu Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) əldə edib.
Davamı