Yağıntı gözlənmir

arxiv foto

Avqustun 18-də Bakı və Abşeron yarımadasında havanın əsasən, günəşli olacağı, cənub-şərq küləyinin əsəcəyi təxmin edilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, gecə 19-23, gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti proqnozlşadırılır.

Avqustun 18-də Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi gözlənir.

Gecə 19-24, gündüz 33-38, dağlarda gecə 14-18, gündüz 23-28 dərəcə isti təxmin edilir.