Rusiyalı müxalif siyasətçi Aleksey Navalny-nın Moskvadakı seçkiqabağı qərargahı işə başlayıb. Bu barədəKorrupsiya ilə mübarizə Fondunun əməkdaşı Nikolay Lyaskin öz twitter hesabında yazıb.
Navalny həm də Moskvada iyunun 12-də korrupsiya əleyhinə mitinq keçirməklə bağlı müraciət edib.
Seçkiqabağı qərargahın açılışı bundan öncə kirayəçi ilə problemə görə bir neçə dəfə təxirə salınıb.
Aleksey Navalny 2018-ci il prezident seçkisinə qatılmaq niyyətindədir. Onun bu niyyətini artıq 470 mindən çox dəstəkləyən var.
Aleksey Navalny prezident Vladimir Putin başda olmaqla Rusiya hakimiyyətinin sərt tənqidçilərindəndir.