Joseph Stalin-in gizli polis agentlərinin övladları Rusiya prezidenti Vladimir Putin-ə müraciət göndəriblər. Onlar agentlər haqda bilgilərdən ibarət məlumat bazasının bağlanmasını istəyirlər.
Yeni yaradılmış verilənlər bazasında Stalin-in 40 minə yaxın agenti haqda məlumat yerləşdirilib, onların barəsində detallı informasiya verilir. Bu agentlər repressiya dövründə Sovet İttifaqı ərazisində 1 milyona qədər adamın ölümünə görə məsuliyyət daşıyır.
Agentlərin övladlarının V.Putin-ə göndərdiyi açıq məktubda deyilir ki, onlar bu bilgilərin agentlərin uşaqlarının və nəvə-nəticələrinin həyatına neqativ təsir göstərəcəyindən, günahsız adamların intiqam almaq istəyənlərin hədəfinə çevriləcəyindən narahatdırlar.
«Memorial» insan haqları fondu casuslar haqda məlumat bazasının yaradılmasına 15 il sərf edib.