Medvedev deyir ki, Duma yeni tərkibdə işə başlamalıdır

Dekabrın 4-də keçirilmiş seçkilərlə bağlı etiraz və pozuntularla bağlı şikayətlərə baxmayaraq Duma yeni tərkibdə fəaliyyətə başlamalıdır.

Bunu Rusiya prezidenti Dimitri Medvedev  cümə axşamı Praqada keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, əgər insanlar seçkiylə bağlı nə isə deyirsə bu normal haldır, etiraz aksiyaları isə demokratiyadan xəbər verir.

Medvedev eyni zamanda pozuntularla bağlı araşdırma  aparılmasının vacibliyini qeyd edib.

Medvedev hazırda Çexiyada rəsmi səfərdədir.