“Naxçıvanda təbliğat kampaniyasında mühit pisdir”

“Naxçıvanda müşahidəçilər yoxdur, təbliğat kampaniyasında mühit pisdir”. Bu bəyanatla “AXCP-Müsavat” blokunun 1, 2 və 6 saylı seçki dairələrindən namizədləri çıxış ediblər. Onlar noyabrın 3-də Naxçıvanda keçirdikləri mətbuat konfransında bildiriblər ki, seçki kampaniyasında bərabər şərait yaradılmayıb və bu vəziyyətə son qoyulmasını tələb edirlər.

Dəfələrlə müraciət etməyimizə baxmayaraq, sözügedən dairə seçki komissiyalarından ittihamlara aydınlıq gətirmək istəməyiblər.