Keçid linkləri

2017, 19 Avqust, şənbə, Bakı vaxtı 07:47

2016-cı ildə Ermənistanı tərk edənlərin sayı rekord həddə çatıb


Levon Zurabian

Son 12 ayda Ermənistanda daimi yaşayan əhalinin sayı təxminən 13min nəfər azalıb.

Bu barədə Azadlıq Radiosunun Ermənistan xidməti iyunun 6-da ölkənin milli statistika xidmətinə istinadla xəbər verir.

Xidmətin yaydığı son məlumata görə, bu il aprelin 1-dək Ermənistan əhalisinin sayı 2 milyon 981 min nəfər olub.

Əvvəlki ilin eyni dövrü ilə müqaisədə isə əhalinin sayı 2 milyon 994 min nəfər idi.

Müxalifətdə olan “Erməni milli konqresi” partiyasının sədr müavini Levon Zurabyansa deyir ki, qeydiyyatda olan vətəndaşların sayının azalmasına de-yure ixtisar deyilir. Amma əslində ölkədəki demoqrafik vəziyyətin real dinamikasını il ərzində ölkəni nə qədər adamın tərk etməsi ilə bağlı rəsmi rəqəmlər əks etdirir.

Zurabyan deyir ki, bu məlumatlara nəzər salanda 2016-cı ilin immiqrasiya baxımından rekord olduğunu görürük və Ermənistan Respublikasının rəsmi sənədlərində bu rəqəm 54 min nəfər göstərilir.

Ölkədə doğum halı da hər il azalır.

Zurabyan ölkədə demoqrafik vəziyyətin faciəvi həddə çatdığını, ölkədə doğum həddinin də demək olar ki, hər il azaldığını vurğulayır.

O deyir ki, 2016-cı ilin birinci rübündə Ermənistanda 9125 uşaq doğulduğu halda bu ilin eyni rübündə ölkədə 8534 uşaq doğulub.

Mənbə yazır ki, bu cür statistikaya baxmayaraq ölkə prezidenti Serj Sarkisian bu yaxınlarda uzunmüddətli planlar və gözləntilərdən danışarkən deyib ki, 2040-cı ildə Ermənistanda əhalinin sayını azı 4 milyon nəfərə çatdırmaq lazımdır.

Zurabyansa deyir ki, əgər immiqrasiya təbii artımla kompensasiya edilmirsə, onda ciddi demoqrafik böhran, demək olar ki, fəlakətlə üzləşmişik.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG