Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 23:19

Zərgərlik sərgisində gümüşdən neft mancanağı [video]


Azərbaycanda ilk zərgərlik sərgisi
Gözlə

No media source currently available

0:00 0:00:46 0:00

Azərbaycanda ilk zərgərlik sərgisi

Gümüşdən düzəldilən, şəbəkəli neft mancanağı ilk baxışdan diqqət çəkir. “Bu işi hazırlayanda dünya bazarında neftin qiyməti 100 dolları ötmüşdü”, - zərgər Füzuli Əlizadə, yarıciddi-yarızarafat, belə deyir.

O, nəsillikcə bağlandıqları bu sənətdə 6 ildir ki, müstəqil addımlarını atır. Heç bir sifarişə “yox” demir, di gəl, öz əsərlərini yaratmaq yanğısı ağır basır: “Bu, gümüşdəndir. Neft mancanağını hazırlamaq üçün mənə min manatlıq mal lazım olub. Usta pulunu qoyuram kənara, təkcə min manat malına vermişəm. Üstəlik, bu işi hazırlamağa 4 ayım gedib. Bu dörd ayda yeməlisən, içməlisən...”.

Buna da bax:​ Gömrükdə it-bata düşən 3 milyardlıq qızıl

“Onu satdım”

Füzulu Əlizadə öz üslubu, öz bər-bəzəyilə seçilmək istəyən zərgərlərin çətinliklərindən danışır. Deyir ki, gümüş neft mancanağını bir iki sərgidə nümayiş etdirib, ona müştəri də çıxıb, ancaq qiymətdə anlaşa bilmədiklərindən satmayıb.

Füzuli Əlizadə: 'Bu 'tar-kamança'ya 7 min 500 manat qiymət qoyulub'
Gözlə

No media source currently available

0:00 0:00:36 0:00
Direct-ə keçid

O, zərgər kimi, şəbəkə naxışlar üzrə ixtisaslaşıb. Elə gümüşdən düzəltdiyi tar-kamança da şəbəkəlidir. Xalça Muzeyində düzənlənən zərgərlik məmulatları sərgisində onun bu “tar-kamançası”na 7 min 500 manat qiymət qoyulub. “Buna oxşar birini də düzəltmişdim, onu satdım”, - zərgərin sözləridir.

Buna da bax:​ İstanbuldan gələn sərnişindən qızıl əşyalar götürülüb

Füzuli Əlizadə deyir ki, Bakıda zərgərlər daha çox fərdi sifarişlərlə işləyirlər: “Sifariş olmayanda, yaradıcılığa baş vururam. Öz brendimi, dizaynımı yaradıb dünya bazarına çıxmaq, sərgilərə getmək istəyirəm”. Gənc zərgər arzularından söz açdıqca gözləri həm canlanır, həm də parıldamağa başlayır.

“Hazırlayırsan, gedir müştərinin kolleksiyasına”

Gümüş boyunbağı.
Gümüş boyunbağı.

Öz bacarığını yalnız zərgərlik məmulatlarının təmirinə xərcləmək istəməyən usta əlavə edir ki, Azərbaycanda sırf zərgərlik məmulatlarının sərgisi ilk dəfədir keçirilir. O, bir məqamı da vurğulayır: Digər sənət sahiblərindən fərqli olaraq, zərgərlərin sərgiyə çoxlu işlərlə qatılmaq imkanı azdır: “Bəzən sifariş edirlər ki, öz zövqünə uyğun, fərqli bir şey hazırla, kimsədə olmasın. Sən də hazırlayırsan və ürəyini qoyduğun iş müştərinin kolleksiyasına gedir. Özündə çox iş saxlamaq üçün gərək xam materialı almağa vəsaitin ola. Biz də bahalı materiallarla, qiymətli daş-qaşla işləyirik, axı”.

Buna da bax:​ Ən bahalı almaz göstərildi

“Kütləvi tələbatı yerinə yetirmək gücü yoxdur”

Onunla birgə çalışan həmkarı Sabir Mirzəyev bu sənətə yalnız çörək qazanmaq üçün gəlib. Deyir ki, Azərbaycan zərgərləri kütləvi tələbatı yerinə yetirmək gücündə deyillər, ona görə də ölkənin qızıl bazarını Türkiyə, Rusiya, İtaliya istehsallı məhsullar tutur. Sabir Mirzəyevin fikrincə, zərgərlik zavodu Azərbaycanda da çağdaş tələbləri ödəsə, rəqabətə davam gətirər, hətta dünya bazarına da mal çıxarar, amma... Amma indi bazar qiymətlərindən ucuz məmulat hazırlamaqdan başqa yolları qalmır: “Çünki birinci əldir. Bir mal piştaxtaya gedənəcən bir neçə yerdə üstünə qiymət qoyulur”. Usta bir təzada da diqqət çəkir və deyir ki, mağazada müştərinin seçim imkanı geniş olsa da, zərgərin belə şansı yoxdur: “Zərgər yalnız fərdi sifariş əsasında hazırlaya bilər, o qədər vəsaiti hardadır ki, cürbəcür məmulat hazırlayıb müştəriyə təklif etsin”.

Buna da bax: 20 qram qızıl gətirə bilərsən, amma...

Zərgərlik məmulatlarının sərgisi. 27yan2017
Zərgərlik məmulatlarının sərgisi. 27yan2017

“Şəbəkə ilə dünya bazarına çıxmaq olar”

“Azərbaycan dünya zərgərlik məmulatları bazarında öz yerini tutmaq istəyirsə, şəbəkə üslubunu inkişaf etdirməlidir”, - bunu 22 ildən çox zərgər stajı olan Elçin Kərimov deyir. Özünü şəbəkə ustası sayan Elçin Kərimovun fikrincə, Azərbaycan şəbəkə üsulu yerli məhsullarda aparıcı element kimi istifadə edilə bilər: “İndi şəbəkəçilər azdır, vaxtilə Bakı məktəbi olub, Naxçıvan, Lənkəran məktəbləri olub”.

Elçin Kərimov: 'Bizə indi elə sifarişlər gəlir ki, mütləq 3D üsuluyla işləməlisən'
Gözlə

No media source currently available

0:00 0:00:33 0:00
Direct-ə keçid

Elçin Kərimov zərgərliyin çörək qazandırdığını deyir və əlavə edir ki, hazırda “zəmanəylə ayaqlaşmağa məcbur qalıb”, 3D üsulunda dizayner kimi işləyir: “Bizə indi elə sifarişlər gəlir ki, mütləq 3D üsuluyla işləməlisən. İndi bir çox müştəri fərdiçiliyə üstünlük verir, ona görə də zərgərlər öz üzərində işləməyə məcburdurlar”.

Buna da bax:​ Azərbaycanda qızıl hasilatı azalıb

Elçin Kərimov müştərilərin zövqünə də toxundu. Onun müşahidəsinə görə, yerli müştərilərin qır-qızıl zövqü dəyişməyib və yenə qızıl və brilyant işləmələrə meyllidirlər: “Sadəcə, əvvəl sarı qızılı seçirdilər, indi məmulatların ağ qızılla işləməsini istəyirlər”.

Gümüş neft mancanağı.
Gümüş neft mancanağı.

XS
SM
MD
LG