Keçid linkləri

Təcili xəbərlər
2018, 21 May, Bazar ertəsi, Bakı vaxtı 15:09

Zərdab sakini: "Qəhrəman qardaşımın ruhunu təhqir ediblər"


Zərdab

Zərdab sakini Bəxtiyar Hacıyev AzadlıqRadiosu-na yazır ki, 1992-ci ildə Ağdərə rayonundakı Qızılqaya döyüşlərində həlak olmuş qardaşı Müşfiq Hacıyevin ruhu təhqir olunub.

Onun sözlərinə görə,1996-cı ildə Prezident H. Əliyevin fərmanı ilə qardaşı Müşfiq Hacıyev ölümündən sonra “Xidmətlərinə görə” medalı ilə təltif edilib. 2000-ci ildə isə onun döyüş yolundan bəhs edən “Şəhidlik zirvəsi” kitabı nəşr olunub.

Buna da bax:​ Sumqayıtda köçkünlər necə yay rejiminə keçib...

“GUYA HƏR ŞEY SAXTADIR”

Müşfiqin xatirəsini əbədiləşdirmək üçün döyüş yoldaşlarının xahişi ilə doğulub böyüdüyü Bıçaqçı kəndində orta məktəbə onun adı verilib və abidəsi qoyulub. Lakin bu yaxınlarda kənd sakinlərindən biri Baş Prokurorluğa məktub yazıb ki, guya Müşfiq müharibədə həlak olmayıb və hər şey saxtadır:

"Adam məktubda yazıb ki, guya mənim şəhid qardaşımın adına qoyulmuş abidə də hardansa tapılıb gətirilib qoyulmuş Şaumyanın abidəsidir. Halbuki, abidə “Şirvan” kolxozunun sifarişi ilə Mingəçevirdə bir heykəltəraş tərəfindən düzəldilib. Abidənin açılışı təmtəraqla keçib, döyüş yoldaşları Müşfiqin keçdiyi döyüş yolundan danışıblar. Bizə təsir edən odur ki, Baş Prokurorluq həmin məktubu ölümündən sonra medalla təltif olunan şəhid qardaşımla bağlı araşdırma aparılması üçün Zərdabın icra hakimiyyətinə göndərib".

Buna da bax:​ İsmayıllı sakini: '47 manat əlillik pensiyası alıram, çörəyə də çatmır'

MƏHKƏMƏ İDDİASI QALDIRILIB

Zərdabın icra hakimiyyətindən "Qaynar xətt"ə bildirilib ki, Hacıyevlər ailəsinə nəticə barədə cavab verilib:

"Müşfiq Hacıyev bizim qürur yerimizdir, şəhidimizdir, ailəyə də bu barədə bildirilib. Bizdə olan məlumata görə, Hacıyevlər ailəsi məhkəməyə müraciət edib".

Zərdab rayon məhkəməsindən "Qaynar xətt"ə bildirilib ki, M. Hacıyevin atası Zabit Hacıyev "müharibədə həlak olan oğlunun ruhunun təhqir olunması, ailənin şərəf və ləyaqətinin alçaldılmasına yönələn hərəkətlərə görə" kənd sakini Eyvaz Rəsulovla bağlı məhkəmədə iddia qaldırıb. Hazırda məhkəmə iclası davam edir.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG