Keçid linkləri

2025, 20 Mart, Cümə axşamı, Bakı vaxtı 05:18

Zaxarova Minsk qrupu haqqında suala cavab verib


Mariya Zaxarova
Mariya Zaxarova

Zaxarova: “üçlük” xətti üzrə ilk növbədə regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin yerinə yetirilməsi kontekstində səylərin davam etməsini mühüm hesab edirik

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 10-da keçirdiyi brifinqdə Cənubi Qafqazda 3+3 platforması və bu məsələdə Gürcüstan tərəfindən pozitiv addımların müşahidə edilmədiyinə dair xarici işlər naziri Sergey Lavrovun bəyanatı ilə bağlı suala cavab olaraq deyib ki, Rusiya dəfələrlə bu platformanı dəstəklədiyini bəyan edib:

“Hesab edirik ki, bu formatın hərəkətə gətirilməsi planlarının praktik axara salınmasının vaxtı çatıb”.

Sözçü bildirib ki, Tbilisi bu məşvərətçi mexanizmdə iştirakına dair ziddiyyətli bəyanatlar verir:

“Amma bu suveren bir ölkənin mövqeyidir. Biz ondan çıxış edirik ki, 3+3 formatı regionun bütün ölkələrinin maraqlarına cavab verir”.

İlk növbədə humanitar səylər

Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun hansı funksiya daşımalı olduğuna dair Rusiyanın mövqeyi barədə suala cavab verərkən Mariya Zaxarova deyib:

“ATƏT-in Minsk qrupu həmsədrlərinin formatı geniş beynəlxalq dəstəyə malikdir. Rusiya XİN-in 9 noyabr 2021-ci il tarixli bəyantında deyildiyi kimi biz “üçlük” xətti üzrə ilk növbədə regionun qarşısında duran sosial-iqtisadi və humanitar vəzifələrin yerinə yetirilməsi kontekstində səylərin davam etməsini mühüm hesab edirik”.

Zaxarova xatırladıb ki, sentyabr ayında Nyu-Yorkda 3+2 formatında görüş olub və hazırda “üçlük” bir sıra Avropa ölkələrində yeni təmaslara hazırlaşır:

“Həmsədrlərin regiona tamformatlı səfərlərinin tezliklə bərpa olunmasını mühüm hesab edirik”.

XS
SM
MD
LG