İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ Ali Məhkəməsinin prezident Donald Trump-ın 6 müsəlman ölkəsindən Amerikaya səfərləri qadağan edən sərəncamını qismən bərpa etmək hökmünü tənqid edib.
Zərif deyib ki, ABŞ-a qarşı heç bir terror aktları törətməmiş ölkələrin vətəndaşlarına səfər qadağanı qoymaqla bu ölkələrin üstəlik cəzalandırılması təəssüf doğurur.
İyunun 27-də Berlində çıxış edən Zərif deyib ki, qadağan heç kimin təhlükəsizliyini artırmır.
Birləşmiş Ştatlar İranı terroru dəstəkləməkdə ittiham edir. Tehran Qəzza zolağında Həməs və Livanda şiə Hizbullah qrupları kimi təşkilatlara dəstək verir. Bu qruplar ABŞ Dövlət Departamentinin terrorçu təşkilatlar siyahısına daxil edilib.
İyunun 26-da Trump-ın “milli təhlükəsizliyimiz üçün aşkar qələbə” adlandırdığı Ali Məhkəmə qərarı prezidentin İran, Liviya, Somali, Sudan, Suriya və Yəməndən Amerikaya səfərləri 90 gün müddətində qadağan olunması və ABŞ qaçqın proqramının 120 gün müddətinə dayandırılması barədə sərəncamına aşağı instansiya məhkəmələrinin qoyduğu bloku qismən qaldırıb.
Lakin bu qadağan deyildiyinə görə Birləşmiş Ştatların vətəndaşları və təşkilatıarı ilə bona fide münasibətlərdə olanların ölkəyə gəlişinə icazə verir.
Qaçqınların gəlişinə qoyulan qadağanın da məhdud miqyasda olacağı bildirilir.
Dövlət Departamenti bildirib ki, qadağan iyunun 29-da səhər qüvvəyə minəcək.