Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:37

İran xarici işlər naziri Macron-la görüşdən razı qalıb


Mohammad Javad Zarif (solda) və Emmanuel Macron
Mohammad Javad Zarif (solda) və Emmanuel Macron

İranın xarici işlər naziri Mohammad Javad Zarif deyir ki, 2015-ci ilin beynəlxalq nüvə razılaşmasının xilası barədə Fransa prezidenti Emmanuel Macron-la söhbəti “məhsuldar” olub.

“Nüvə sazişinin icrasına dair Fransa müəyyən təkliflər verdi, biz də müəyyən təkliflər verdik. Biz tərəflərin atmalı olduqları addımlıarı müzakirə etdik”.

Avqustun 23-də Fransa prezidenti ilə danışıqlarında Zarif deyib ki, Tehran 2015-ci il nüvə sazişi barədə yenidən danışıqlar aparmayacaq.

Ötən il Vaşinqton bu sazişdən birtərəfli qaydada çıxdıqdan sonra sazişin avropalı imzaçıları razılaşmanı qoruyub saxlamağa çalışırlar.

İran xarici işlər naziri deyib ki, Fransa lideri ilə bu xüsusda danışıqları “konstruktiv” olub.

Zarif daha sonra özünün fransalı həmkarı Jean-Yves Le Drian-la görüşməli idi.

Macron son vaxtlarda İranla nüvə sazişinin xilası üçün özünün diplomatik müşaviri Emmanuel Bonne-u iki dəfə Tehrana danışıqlar üçün göndərib.

Parisdə Zarif və Macron arasında keçirilmiş danışıqlardan bir gün sonra Fransada G7 qrupunun sammiti başlanır.

Zarif deyib ki, nüvə sazişinin xilası naminə Fransanın təkliflərini qəbul etməyə hazırdır.

Bununla belə İranın xarici işlər naziri deyib ki, Tehran Birləşmiş Ştatların Fars körfəzinə müdaxiləsinə heç vaxt razı olmayacaq.

ABŞ 2018-cilin mayında nüvə sazişindən çıxdıqdan sonra Vaşinqton Tehran üzərinə iqtisadi və maliyyə sanksiyalarını bərpa edib.

Bu arada, avqustun 22-də İran öz istehsalı olan uzaqmənzilli raketin təqdimatını keçirib.

İran prezidenti Hassan Rohani səyyar hava-yer tipli raketin təqdimat mərasimində deyib ki, “İranın düşmənləri məntiqi qəbul etmirlər və biz də məntiqlə cavab verə bilmirik”.

Emmanuel Macron bu həftə İran sazişinin xilası naminə bəzi sanksiyaların yumşaldılmasını təklif etmişdi.

O bildirmişdi ki, bu tədbir sadə iranlıalrın yaşayışını bir qədər asanlaşdıra bilrədi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG