Keçid linkləri

2017, 18 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 01:09

Zakir Həsənov Sergey Şoyqu ilə görüşüb


Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib.

Moskva şəhərində səfərdə olan müdafiə naziri Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak edib.

Bu barədə Azərbaycan Müdafiə nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqu və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan “Dostluq Evi”nə gəliblər.

Buna da bax: Müdafiə naziri Moskvada

Burada onlar müdafiə naziri Zakir Həsənov ilə görüşüblər.

Orada birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində eksponatlarla yaxından tanış olublar.

“Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Buna da bax: Gürcüstanda NATO-nun hərbi təlimləri [Video]

Azərbaycan və Rusiya hərbi əməkdaşlığı gücləndirmək niyyətindədirlər.

Rusiyanın tvzvezda.ru saytı xəbər verir ki, Azərbaycanın müdafiə naziri jurnalistlərlə söhbətində iki dövlət arasında hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bildirib:

“İki ölkə arasında əməkdaşlıq hərbi sahənin bir çox istiqamətlərində inkişaf edir, hərbi-texniki, hərbi təhsil, birgə təlimlər və məşqlər sahəsində. Perspektivlər genişdir və gələcəkdə də əməkdaşlığı genişləndirmək niyyətindəyik”.

Nazir Həsənov bildirib ki, Azərbaycandan xeyli zabit və kursant Rusiyanın hərbi təhsil müəssisələrində təhsil alır:

Buna da bax: Azərbaycan NATO təlimlərinə niyə getmir

“O cümlədən, ordumuzun arsenalında xeyli Rusiya istehsalı olan texnika var”.

Hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri “Dəniz kuboku”, “Tank biatlonu”, “Səhra mətbəxi”, “Snayper həddi” və “Artilleriya atəşinin ustaları” müsabiqələrində iştirak ediblər.

“Beynəlxalq Ordu Oyunları - 2017” Rusiya Federasiyasının təşəbbüsü ilə keçirilir. Bu yarışlar iyulun 29-da start götürmüşdü. Orada Rusiyayla yanaşı Azərbaycan Çin, İran və Qazaxıstan kimi ölkələr iştirak edirdi.

Bu yarışlar çərçivəsində isə Bakıda avqustun 1-dən 11-nə kimi «Dəniz kuboku – 2017» müsabiqəsi də keçirilib. Bu müsabiqədə Azərbaycandan başqa Rusiyanın, İranın və Qazaxıstanın gəmiləri iştirak edib. Müsabiqəni Rusiya və Azərbaycan gəmiləri qalib başa vurublar. Yarışlarda isə ümumilikdə Rusiya qalib olub.

Azərbaycan müdafiə naziri Zakir Həsənov “Beynəlxalq Ordu Oyunları - 2017” yarışlarının bağlanış mərasimində iştirak etməkdən ötrü avqustun 11-i Rusiya paytaxtına getmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG