Keçid linkləri

Təcili xəbərlər
2018, 24 Fevral, şənbə, Bakı vaxtı 16:18

100 yaşlı binanın vaxtı çatıb... [fotolar]


Nəsimi rayonu, Elman Ovçiyev küçəsi, 3 ünvanındakı bu İkimərtəbəli, ümumi bina uçmaq təhlükəsiylə üz-üzədir.

"İkimərtəbəli, ümumi bina uçmaq təhlükəsiylə üz-üzədir. Ancaq bu, heç bir rəsmi qurumu narahat etmir".

Bakı Şəhəri, Nəsimi rayonu, Elman Ovçiyev küçəsi, 3 ünvanında yaşayanlar AzadlıqRadiosu-na danışırlar ki, ikimərtəbəli ümumi yaşayış sahəsi uçmaq təhlükəsiylə üzləşib.

Buna da bax:​ Zəlzələdən 21 il ötüb, hələ də bu evdə qalırlar

“DEYİRLƏR, İMKAN YOXDUR”

Sakinlərin deməsinə görə, binada azı 40 ailə yaşayır. Ailələr narahatçılıqları barədə Mənzil İstismar Sahəsinə də məlumat veriblər. Rəsmi qurumların nümayəndələri dəfələrlə ünvana gəlib vəziyyətlə tanış olublar. Lakin hökumət sakinlərin təhlükəsizliyi ilə bağlı hələ də hərəkətə keçməyib.

Binanın azı 100 yaşı var. Taxta konstruksiyalı hissələri tamamilə çürüyüb, dağılıb.
Binanın azı 100 yaşı var. Taxta konstruksiyalı hissələri tamamilə çürüyüb, dağılıb.

Sakin Elçin Həsənov:

"Gəlib baxırlar, açıq və konkret deyirlər ki, nə təmir-bərpaya, nə də köçürməyə imkan yoxdur. Axı, prezidentin fərmanı var. O fərmana görə, Bakının mərkəz yerlərində qəzalı binalar sökülür, ev sahiblərinə ya ev, ya da kompensasiya verilir. Bizə də maraqlıdır ki, nəyə görə bizim bina bu siyahıda yoxdur?.."

Buna da bax: Balakənd sakini: 'İş yox, sosial yardım yox, təqaüd suya çatmır'

Mənzillərin döşəmələri və tavanları da çoxdan sıradan çıxıb.
Mənzillərin döşəmələri və tavanları da çoxdan sıradan çıxıb.

KƏNARDA EV TUTUB YAŞAYANLAR VAR

Binanın azı 100 yaşı var. Taxta konstruksiyalı hissələri tamamilə çürüyüb, dağılıb. Mənzillərin döşəmələri və tavanları da çoxdan sıradan çıxıb. İşıq xətləri isə əsl təhlükə mənbəyidir. Çürümüş, qırıq-qırıq olan naqillərdən tez-tez qığılcımlar sıçrayır, bir neçə dəfə yanğın təhlükəsi yaranıb. Əsasən qışda istilik cihazları qoşulduqda naqillərlə bağlı durum daha təhlükəli olur.

Sakin Musa Hacıyev deyir, bəzi qonşular binanın uçacağından qorxaraq başqa yerlərə köç ediblər:

Buna da bax:​ Binaları qəzalıdır, həm də hər ay 'evpulu' verirlər

Çürümüş, qırıq-qırıq olan naqillərdən tez-tez qığılcımlar sıçrayır
Çürümüş, qırıq-qırıq olan naqillərdən tez-tez qığılcımlar sıçrayır

"Camaat qapı-bacasını bağlayıb gedir, kənarda ev tutub yaşayır. Can şirin şeydir, sabah bina uçdu, qaldıq altında, kim cavabdehlik daşıyacaq? Əlbəttə ki, heç kim. Deyəcəklər, günah öləndəydi".

“SƏBƏBKAR SAKİNLƏR ÖZLƏRİDİR”

Binadakı kanalizasiya xətləri də çoxdan sıradan çıxıb. Bu səbəbdən də şəhərin mərkəzindəki binanın həyəti daim tullantı sulardan iylənir.

Buna da bax:​ Məşhur musiqi məktəbi təmirsiz qalıb

Nəsimi rayon icra hakimiyyətindənsə "Qaynar xətt"ə bildirilib ki, qeyd olunan ünvandakı bina qəzalı tikililər siyahısındadır:

"Ailələr siyahıya alınıb. Binanın istismar müddəti ötsə də, əslində, o duruma düşməsinin səbəbkarı elə sakinlər özləridir. Eyvan artırmaları, binadakı digər artırmalar, fəsaddakı dəyişikliklər – bunlar hamısı binanı daha da qəzalı vəziyyətə salır".

Qurumdan qəzalı binadan köçürülmənin nə zaman baş tutacağı bildirilməyib.

Siz də şikayətinizi buradan göndərə bilərsiz

  • Zəhmət olmasa təhlükəsizlik üçün nəzərdə tutulan sualları cavablayın *

ƏLAQƏ ÜÇÜN

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG