Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 16:25

Yunanstanda parlament kəməri bir az da sıxdı


Yunanstan parlamenti

Yunanstanda parlament kəməri sıxma ilə bağlı yeni tədbirlər planına səs verib. Bu, beynəlxalq kreditorların tələbi idi. Yunanstan borcunun bir hissəsini bağlamaq üçün 7 milyard dollardan çox vəsait ödəməlidir. Borcun bağlanması üçün verilən müddət iyulda başa çatır.

Parlamentdə səsvermə gedən zaman Afinanın mərkəzində büdcədə ixtisarlara qarşı kütləvi etiraz aksiyası keçirilib. Aksiyaya 10 minə yaxın adam çıxıb. Qarşıdurma yaşanıb. Gənclərdən ibarət üzünə maska taxmış bir qrup parlamentin həyətinə girməyə cəhd göstərib, polisə butulka və daş atıblar. Hüquq mühafizə orqanları gözyaşardıcı qazdan istifadə ediblər.

Mayın əvvəlində Yunanstan hökuməti ilə xarici kreditorların nümayəndələri arasında islahatların keçirilməsinə dair razılaşma olub. Afinaya 2019-cu ilədək pensiya ödənişlərini azaltmaq, 2020-ci ilədək vergiləri artırmaq vəd edilib. Maliyyə yardımı çərçivəsində Afinaya 200 milyard avroya yaxın vəsait verilib. 2016-cı ilin əvvəlində Yunanstanın dövlət borcu 321 milyard avro təşkil edirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG