Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:21

Yulia Skripal video-bəyanat verib - YENİLƏNİB


Yulia Skripal
Yulia Skripal

Kremlin sözçüsü Dmitry Peskov mayın 24-də NTV televiziyasına deyib: “Yulia Skripal-ın indiki durumundan əmin deyilik, ona təzyiq göstərilirmi, harada qalır, hansısa bəyanat veribmi, yaxud bu bəyanatları könüllü veribmi”.

***

Atası, rusiyalı ikili agent Sergei Skripalla bir yerdə hərbi təyinatlı maddə ilə zəhərlənmiş Yulia Skripal deyib ki, onun sağalma prosesi ləng və ağrılı keçib və o bir gün Rusiyaya qayıdacağına ümid edir.

Yulia Skripal-ın əllə yazılmış bu bəyanatı mayın 23-də açıqlanıb.

Ata və qız Skripallar ötən mart ayında İngiltərənin Solsberi şəhərində huşsuz tapıldıqdan sonra xəstəxanaya yerləşdirilmişdilər.

Yulia xəstəxanadan ötən ay, atası isə ötən həftə buraxılıb. Xəstəxananı tərk edəndən bəri Yulia Britaniya hüquq-mühafizə orqanlarının himayəsindədir.

Skripalın bəyanatında deyilir: "Bunu etmək üçün kimyəvi əsəb-sinir zəhərindən istifadə olunması dəhşətlidir. Mənim həyatım alt-üst olub. Bizim bəxtimiz gətirib ki, hər ikimiz bu sui-qəsd cəhdindən salamat çıxmışıq. Bizim sağalmağımız çox ləng və ağrılı keçib”.

Brityaniya Skripallara qarşı zəhərli maddədən istifadədə Rusiyanı ittiham edir. London bildirir ki, bu qəsd zamanı “Noviçok” adlı zəhərli maddədən istifadə olunub.

Britaniya hadisəyə reaksiya olaraq onlarca Rusiya diplomatını ölkədən qovub. Rusiya bu ittihamları israrla rədd edir.

Bu insident İkinci Dünya Müharibəsindən bəri Avropada hərbi təyinatlı zəhərli maddədən ilk istifadə halı olub.

Xatırlatma

1990-cı illərdə Rusiya GRU-sunun üzvü olan Skripal Britaniya üçün ikili agent kimi çalışıb.

O, 2004-cü ilin dekabrında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) tərəfindən həbs olunub və vətənə xəyanət ittihamıyla 13 illik həbsə məhkum edilib. O, Avropadakı Rusiya kəşfiyyat agentlərinin adlarını açıqlamaqda ittiham olunub.

Ancaq 2010-cu ildə Rusiya onu azad edib, Birləşmiş Ştatlarda saxlanmış 10 rusiyalı agentlə dəyişdirilmiş 4 rusiyalı məhkumdan biri olub və Britaniyaya gedib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG